Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinin
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, № 8, maddə 478; 2001, № 12, maddə
736; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 11, № 6,
maddə 256, № 8, maddə 423; 2004,
№ 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 8, maddə 657,
№ 11, maddə 932; 2007, № 1, maddə 3, № 8, maddə 745; 2008, № 5,
maddə 348, № 6, maddə 460, № 8, maddə 707, № 12, maddə
1048; 2009, № 2, maddə 36; 2012, № 6, maddə 497; 2013, № 6, maddə
621; 2015, № 3, maddə 244, № 4, maddə 358, № 10, maddə 1094;
2016, № 1, maddələr 24, 27, № 4, maddə 639;
2017, № 1, maddə 24, № 7, maddə 1301, № 12, I kitab,
maddə 2271; Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli
1126-VQD nömrəli Qanunu) 34-cü maddəsinə
aşağıdakı məzmunda 5-1-ci bənd əlavə edilsin:
“5-1. Əkin yerinin
yandırılması qadağandır.”.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
Azərbaycan.- 2018.-1 iyul.- S.3.