“Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
8-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Hərbi
vəziyyət haqqında” Azərbaycan Respublikasının
2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə
əlaqədar qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr
676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə
424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277,
№ 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007,
№ 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə
49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə
47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011,
№ 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə
1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr
362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4,
maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, №
2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, №
11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 1758, 1784,
1795, № 12, maddə 1993; 2017, № 2, maddələr 138, 150, № 5, maddə
727, № 8, maddə 1507, № 10, maddə 1774, № 12, I kitab, maddə
2215; Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli
928-VQD nömrəli, 29 dekabr tarixli 966 nömrəli Qanunu)
12-ci maddəsində aşağıdakı dəyişikliklər
edilsin:
1. I hissəyə aşağıdakı məzmunda
2-2-ci bənd əlavə edilsin:
“2-2) hərbi vəziyyət rejimi tətbiq edildikdə;”.
2. II hissənin üçüncü cümləsinə
“yalnız” sözündən sonra və VI hissənin birinci
cümləsinə “fövqəladə” sözündən əvvəl
“hərbi vəziyyət rejiminin tətbiqi,” sözləri əlavə
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.- 2018.-1 iyul.- S.3.