“Sərbəst
toplaşmaq azadlığı haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 1 may tarixli 1105-VQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının 2018 ci il 1 may
tarixli 1105-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
“Sərbəst toplaşmaq
azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə
bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan
irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 27 iyun 2018-ci il
Azərbaycan.-
2018.-1 iyul.- S.2.