“Azərbaycan Respublikasının
1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Konsul Nizamnaməsi”ndə
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 31 may tarixli 1169-VQD nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Konsul
Nizamnaməsi”ndə dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1169-VQD nömrəli Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
“Azərbaycan Respublikasının 1994-cü il
8 fevral tarixli 782
nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan
irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Konsul
Nizamnaməsi”ndə dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 26 iyun 2018-ci il
Azərbaycan.-
2018.-1 iyul.- S.2.