“Həmkarlar
ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il
1 may tarixli 1100-VQD
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Həmkarlar
ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il
1 may tarixli 1100-VQD
nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
“Həmkarlar ittifaqları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə
bağlı təkliflərini üç
ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun
icrası barədə beş ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan
irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Həmkarlar ittifaqları
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun
2018-ci il
Azərbaycan.- 2018.-1 iyul.- S.3.