Yeni
Azərbaycan Partiyasının rayon və
şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
İyunun 30-da Yeni Azərbaycan Partiyasının (YAP)
rayon və şəhər təşkilatları sədrlərinin
ümumrespublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikası Baş nazirinin
müavini, YAP sədrinin müavini-icra
katibi Əli Əhmədov müşavirənin
qarşıda duran vəzifələrə
həsr olunduğunu bildirib.
Bu tədbirin 11 aprel prezident seçkilərindən sonra keçirilən ilk
müşavirə olduğunu deyən
Əli Əhmədov qeyd edib
ki, prezident seçkiləri
kampaniyasında partiyanın yerli
strukturları yüksək fəallıq göstəriblər.
Seçki kampaniyasının bütün mərhələlərində
partiyamız və onun bütün
fəalları, eləcə də gənclər xüsusilə
fərqləniblər. O, Yeni
Azərbaycan Partiyasının sədri, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin seçki
kampaniyasında partiyamızın üzvlərinin aktiv iştirakını yüksək dəyərləndirdiyini
deyib və buna görə
də dövlət başçısının təşəkkürünü
YAP fəallarına, rayon və şəhər
təşkilatlarına çatdırıb.
“Seçki kampaniyası dövründə ictimai rəy cənab İlham
Əliyevin qələbə qazanacağını şərtləndirirdi.
Çünki son 15
ildə qazanılan böyük nailiyyətlər
partiyamızın sədri, dövlət
başçısı İlham
Əliyevin xalqımız tərəfindən birmənalı olaraq dəstəkləndiyini özündə ehtiva edirdi. Buna görə
də 11 aprel prezident
seçkilərində ölkə vətəndaşları bir daha Heydər Əliyev
siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab
İlham Əliyevə səs verdi”, - deyən YAP sədrinin müavini
söyləyib ki, qarşıdakı 7 il ərzində də Azərbaycanda Heydər
Əliyev siyasəti uğurla davam edəcək və ölkəmizə yeni-yeni nailiyyətlər qazandıracaq.
Növbəti 7 il ərzində Azərbaycanın
beynəlxalq müstəvidə mövqeyi
daha da güclənəcək,
iqtisadiyyatımız daha da
inkişaf edəcək və əhalinin
rifahı yüksələcək.
Bu
ilin Azərbaycan üçün
əlamətdar hadisələrlə zəngin olduğunu
deyən Əli Əhmədov Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının 100 illiyinin
qeyd olunmasını mühüm
hadisə kimi səciyyələndirib. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 100 illiyi münasibətilə
keçirilən hərbi parad isə
dövlətimizin və ordumuzun gücünü nümayiş
etdirdi.
Seçkilərin
hər bir siyasi
partiyanın fəaliyyətinin əsasını təşkil
etdiyini deyən Əli Əhmədov qeyd edib ki,
Yeni Azərbaycan Partiyası da hər bir seçkiyə
daim yüksək məsuliyyətlə
yanaşır. Çünki siyasi partiyaların əsas vəzifəsi
seçkilərdə iştirak etmək və uğur qazanmaqdır.
Ölkəmizdə
2019-cu ildə bələdiyyə, 2020-ci ildə isə parlament seçkilərinin keçiriləcəyini
diqqətə çatdıran YAP sədrinin müavini
partiyamızın bu seçki
kampaniyalarında da yüksək fəallıq
və uğurlu nəticə göstərəcəyinə
əminliyini ifadə edib.
Müşavirədə
qarşıda duran vəzifələrlə
əlaqədar partiyanın yerli
strukturlarına tövsiyə və tapşırıqlar verilib.
Azərbaycan.- 2018.- 1 iyul.- S.4.