Münaqişə
tezliklə ədalətli həll olunmazsa
düşmən ordumuzun gücünü
hiss edəcək
İyunun 30-da müdafiə naziri, general-polkovnik Zakir Həsənovun
rəhbərliyi ilə xidməti müşavirə
keçirilib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, müdafiə
nazirinin müavinləri, qoşun
növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri,
eləcə də birlik komandirlərinin
iştirakı ilə keçirilən müşavirəyə
videobağlantı vasitəsilə cəbhə bölgəsində
yerləşən birləşmə komandirləri və
digər məsul zabitlər də cəlb olunub.
Silahlı
Qüvvələrin yaradılmasının 100 illik
yubileyi münasibətilə hərbi
qulluqçuları bir daha
təbrik edən müdafiə naziri hərbi
paradda iştirak etmiş şəxsi heyətin, eləcə də
döyüş texnikasının və aviasiya vasitələrinin heyətlərinin
hazırlığını yüksək qiymətləndirib.
Nazir
müxtəlif ölkələrdən bayram
tədbirləri ilə əlaqədar Azərbaycana gəlmiş
yüksək rütbəli hərbi nümayəndə heyətlərinin
yubiley mərasimlərinin təşkilindən,
xüsusilə də hərbi paradın keçirilməsindən
məmnun qaldıqlarını diqqətə çatdırıb.
Prezident
İlham Əliyevin Silahlı Qüvvələrə
göstərdiyi diqqət və qayğını xüsusi vurğulayan general-polkovnik Z.Həsənov yüksək səviyyədə
keçirilmiş bayram
tədbirlərinin ölkəmizin hərbi qüdrətini və
ordumuzun döyüş
qabiliyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirib.
Cəbhədəki
mövcud vəziyyətə toxunan müdafiə naziri
qoşunların döyüş qabiliyyətinin,
şəxsi heyətin döyüşə hazırlıq səviyyəsi,
nizam-intizamı və döyüş
növbətçiliyi zamanı sayıqlığının
artırılmasına xüsusi diqqət
yetirilməsinin vacibliyini vurğulayıb.
Ali Baş Komandanın
çıxışlarında səsləndirdiyi
“Torpaqlarımızın işğal
altında qalması ilə heç vaxt barışmayacağıq” fikrini diqqətə çatdıran general-polkovnik Zakir Həsənov
deyib: “Münaqişənin həllinin
uzadılması onun yenidən və daha geniş miqyasda alovlanmasına aparır. Münaqişə
tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən ədalətli
həll olunmalıdır. Əks təqdirdə düşmən
Azərbaycan xalqının əzmini və vətənpərvərliyini,
eləcə də Ordumuzun silahının
gücünü öz
üzərində hiss edəcək”.
İyulun 2-dən 6-dək
cəbhə bölgəsində keçiriləcək
genişmiqyaslı təlimlərə toxunan
müdafiə naziri müvafiq
vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Nazir qeyd edib ki,
təlimlərdə əsas diqqət işğal
olunmuş ərazilərin azad
edilməsinin müxtəlif ssenariləri üzrə
qoşunların tətbiqi və müvafiq
döyüş
tapşırıqlarının icrası, o
cümlədən düşmənin bütün
hərbi infrastrukturunun məhv edilməsi üçün nəzərdə tutulan ən müasir silah və hərbi texnikanın praktiki tətbiqinə yönəldilməlidir.
Azərbaycan.- 2018.- 1 iyul.- S.4.