Polis
Akademiyasında 2017-2018-ci tədris ilinin
buraxılışına həsr olunan təntənəli
mərasim keçirilib
İyunun 30-da - Azərbaycan
Polisinin 100 illik yubileyi ərəfəsində Daxili
İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2017-2018-ci tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Azərbaycan
Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib.
Daxili İşlər
Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli
mərasimə hazır olması barədə general-polkovnik
Ramil Usubova raport verib.
Nazir Polis Akademiyasının müəllim və müdavim heyətini əlamətdar hadisə
münasibətilə təbrik edib.
Tədbir
iştirakçıları xalqımızın ümummilli lideri Heydər
Əliyevin, Azərbaycanın suverenliyi və
ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcu
yerinə yetirərkən həlak olmuş
polis əməkdaşlarının xatirəsini
bir dəqiqəlik sükutla
yad ediblər. Azərbaycan
Respublikasının dövlət himni səsləndirilib.
Polis general-mayoru Nazim Əliyev bu ali polis
təhsil ocağında təlim-tədris prosesinin
təkmilləşdirilməsi və maddi-texniki
bazanın daha da
möhkəmləndirilməsi istiqamətində görülən
işlər barədə məruzə ilə
çıxış edib. Qeyd olunub
ki, əsas təyinatı daxili
işlər orqanları üçün ali hüquq təhsilli
kadrların hazırlanması olan Polis Akademiyasının rəhbərliyi və
pedaqoji kollektivi tədris
prosesinin təkmilləşdirilməsi,
peşəkarlıq xüsusiyyətlərinin
formalaşdırılması, onların intellektual,
mədəni və mənəvi inkişafı ilə
bağlı vəzifələri 2017-2018-ci tədris ilində
də layiqincə yerinə yetirməyə
çalışıb. Prezident İlham Əliyevin ali diqqət və qayğısı, DİN rəhbərliyinin,
şəxsən daxili işlər nazirinin tələb, tövsiyə və
tapşırıqlarının nəticəsi olaraq
Akademiyanın maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində işlər davam etdirilib.
Daxili işlər
naziri, general-polkovnik Ramil Usubov təntənəli
mərasimdə çıxış edərək Polis Akademiyasının təyinatına uyğun olaraq daxili işlər orqanlarının
ixtisaslı kadrlarla təminatında mühüm rol
oynadığını vurğulayıb. Nazir 1921-ci ildə sıravi
milis nəfərləri və komandir heyəti hazırlayan bu
təhsil müəssisəsinin böyük
inkişaf yolu
keçərək Akademiya səviyyəsinədək
yüksəldiyini, onun məzunlarının
hazırda daxili işlər orqanlarında
xidmətdə olan zabit
heyətinin əsas özəyini təşkil etməklə,
bir çoxlarının müxtəlif rəhbər
vəzifələrə irəli çəkildiyini bildirib.
Daxili
işlər orqanlarında xidmətin böyük
vətəndaşlıq məsuliyyəti, cəsarət,
şəxsi mətanət, bilik, elm, təhsil və təcrübə tələb
etdiyini vurğulayan, polisin peşəkarlıq səviyyəsini daim artırmasını bir
vəzifə kimi qarşıya qoyan ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə
Azərbaycan Polisinin yaranmasının
84-cü ildönümünə həsr olunmuş
təntənəli mərasimdə Akademiyanın yüksək
standartlar səviyyəsində yenidən
qurulmasına dair verdiyi
konkret tapşırıqların bu ali təhsil müəssisəsinin
inkişafında əhəmiyyətli rol
oynadığı xüsusilə qeyd edilib.
General-polkovnik
Ramil Usubov 2003-cü
ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə
aparılan quruculuq işlərinin və
islahatların Daxili İşlər Nazirliyinin digər orqan və
hissələri ilə yanaşı, Polis
Akademiyasını da əhatə etdiyini deyib. Nazir dövlətimizin
başçısının burada
görülən işlərlə iki dəfə
şəxsən tanış olduğunu,
dəyərli tövsiyələrini verdiyini,
məhz onun böyük
diqqət və qayğısı sayəsində
Akademiyanın maddi-texniki bazasının
gücləndiyini, təhsilin keyfiyyətinin yüksəldiyini
vurğulayıb.
Məzunların
həyatında yeni bir
dövrün
başlandığını nəzərə
çatdıran daxili işlər naziri Akademiyanı müvəffəqiyyətlə
bitirmələri münasibətilə onları, eləcə
də valideynlərini və yaxınlarını bir daha təbrik edib, tapşırıq və tövsiyələrini
verib, qarşıda duran
vəzifələrdən danışıb. General-polkovnik Ramil Usubov qeyd
edib ki, 100 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Polisinin sıralarına daxil
olan məzunlar sabitliyi,
təhlükəsizliyi, ictimai asayişi və xalqın əmin-amanlığını
qorumaq kimi əhəmiyyətli
funksiyaların icraçısı olaraq fəaliyyətə
başlayırlar.
Nazir Ramil Usubov təntənəli mərasim
iştirakçıları adından əminliklə bildirib
ki, bu gün sıralarımıza qoşulan gənc zabit
korpusu xalqımızın asayişinin, təhlükəsiz həyatının
etibarlı qorunması işinə layiqli töhfələr
verəñək, qanunla müəyyən edilmiş vəzifələri
və qarşıya qoyulmuş tapşırıqları tam
yerinə yetirəñək.
Tədbirin sonunda
daxili işlər naziri
Polis Akademiyasını fərqlənmə
ilə bitirmiş məzunlara diplomları
və “polis baş
leytenantı” xüsusi rütbələrinin
paqonlarını təqdim edib.
Əlaçı məzunlardan biri yaş
kötüyünə rəmzi xatirə lövhəsini vurub.
Daha sonra döyüş
bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər “Azərbaycan Polisi” marşını ifa
ediblər.
Sonda şəxsi
heyət mətin addımlarla tribunanın
qarşısından keçib.
Azərbaycan.- 2018.-1 iyul.- S.4.