Moskvada
“RAGB-2018 məzun gecəsi” qeyd edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə Moskvada “RAGB-2018 məzun gecəsi”
adlı əyləncəli konsert
proqramı təşkil edilib. Bayram gecəsində Rusiya
paytaxtındakı ali məktəblərin
məzunları və tələbələri iştirak
ediblər.
AZƏRTAC xəbər
verir ki, Rusiyanın Azərbaycanlı
Gənclər Birliyinin (RAGB) idarə heyətinin
üzvü Emin
Hacıyev qonaqlara müraciətlə məzunların
ali məktəbi bitirmələri
münasibətilə RAGB-nin sədri Leyla Əliyevanın təbrikini
çatdırıb və təşkilatın fəaliyyətində
yaxından
iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.
E.Hacıyev deyib:
“Bu gün burada Rusiyanın və dünyanın ən
yaxşı ali məktəblərinin məzunları
toplaşıblar. Onların qarşısında həyat
adlı kitabın yeni fəsli
açılır. Arzu edirəm ki, bu fəsil uğurlu, səmərəli və gözəl
hadisələrlə zəngin olsun. Bu gün Rusiyada
yaşayan Azərbaycan gəncləri Leyla Əliyevanın və RAGB-nin
dəstəyi sayəsində Rusiya ərazisində
keçirilən bütün beynəlxalq
tədbirlərdə çox fəal iştirak etmək imkanı qazanıblar. Bizim təşkilatın sıralarında
Rusiyanın və Rusiya-Azərbaycan dostluq
münasibətləri naminə çalışmağa
hazır olan yüzlərlə könüllü var”.
E.Hacıyev qeyd edib ki,
təşkilatın üzvləri Soçidə keçirilən
Qış Olimpiya Oyunlarında, tələbə
və gənclərin 19-cu beynəlxalq festivalında
könüllülər kimi fəal iştirak ediblər, bizim
gənclər bu gün
də Rusiya Federasiyasının müxtəlif
şəhərlərində
futbol üzrə dünya
çempionatının keçirilməsinə kömək
edirlər.
RAGB idarə heyəti üzvünün sözlərinə görə,
bütün bunlar bir daha sübut
edir ki, RAGB Rusiya xalqlarının firavanlığına və
Rusiya dövlətinin uğurlarına
biganə olmayan təşkilat kimi özünü
göstərib. O deyib: “Bugünkü
tədbir müəyyən mənada yekun
tədbiridir və biz 2017-2018-ci tədris
ilində müxtəlif nominasiyalarda ən
fəal və fərqlənmiş tələbələri və
Azərbaycan klublarını təltif etməyi
planlaşdırırıq”.
Tədbir çərçivəsində
son bir ildə RAGB-nin həyatında fəal iştirak
etmiş məzunlar və tələbələr
təltif edilib. Moskva şəhər Pedaqoji Universiteti ilin ən fəal Azərbaycan klubu
hesab edilib. İlin ən fəal tələbəsi isə
Moskva Dövlət Pedaqoji
Universitetinin Azərbaycan klubunun
sədri Tünzalə Mirzəzadə olub.
10 ildən bəri Moskvada Leyla
Əliyevanın təşəbbüsü və İ.M.
Seçenov adına Moskva
Dövlət Tibb Universitetinin
dəstəyi ilə keçirilən “Qanın milləti yoxdur” adlı xeyriyyə aksiyası Azərbaycan
klublarının ən uğurlu layihəsi
hesab edilib. Rusiya Texnoloji Universitetinin tələbəsi
İsrafil Hüseynov ilin ən fəal könüllüsü,
Rusiya Dövlət Bədən tərbiyəsi,
idman, gənclər və turizm
universitetinin tələbəsi Oruc Babazadə ilin ən fəal
tələbəsi, RF hökuməti yanında Maliyyə Universitetinin tələbəsi Teymur Qocayev ilin ən erudisiyalı tələbəsi,
Dövlət Musiqi-Pedaqoji İnstitutunun
tələbəsi Jalə Kərimova ilin ən
yaradıcı tələbəsi adına layiq
görülüb.
Təltif edilənlər tələbələrin
dəstəklənməsinə, təhsilinə xüsusi diqqətə görə RAGB-nin sədri Leyla
Əliyevaya təşəkkür ediblər.
Tədbir gənc musiqiçilərin
çıxışları ilə müşayiət olunub. Bayram tədbirində
“Qolos. Deti” şousunun finalçısı Azər Nəsibov,
Jalə Kərimova, Andrey Vitvitski,
Dilqəm Verdiyev, gənc repçi
Fərdi, Darya Zayets və
Zamin AMUR çıxış ediblər.
Musiqi fonunu DJ İKA və Kərimli yaradıb.
Azərbaycan.- 2018.- 3 iyul.- S.6.