Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı başa çatıb

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-də başlanan Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.

Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış teatrmusiqi kollektivlərinin çıxışlarını izləyiblər.

AZƏRTAC xəbər verir ki, iyulun 1-də axşamMarxal” istirahət kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

TÜRKSOY-un yaradılmasının 25 illiyinə həsr olunan tədbirdə bu beynəlxalq təşkilata üzv ölkələrdən olan solistlərin iştirakı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qazaxıstanın Atırau Dövlət Filarmoniyasının “Murager” mahnı və rəqs ansamblı birgə konsert proqramı ilə çıxış edib.

Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti Ağaverdi Paşayevdir.

Məlumat verilib ki, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının nəzdində yaradılıb. Kollektiv bir çox dövlət əhəmiyyətli tədbirlərdə çıxış edib, beynəlxalq festivallarda uğurlar qazanıb. Orkestr 2004, 2005 və 2010-cu illərdə Tehranda keçirilən ənənəvi “Fəcr” beynəlxalq musiqi festivalında “Qızıl Cəng” mükafatına layiq görülüb.

Konsertdə orkestrin solistlərinin, həmçinin Rusiya Federasiyasının Başqırdıstan və Tuva respublikalarından Azat BikçurinBorbak-Ool Salçak, Qırğızıstan Respublikasından Aynur Berdikulova, Türkiyədən Çiğdem Gürdal, Özbəkistandan AlişerGavhar Otajonovların təqdim etdiyi musiqi nömrələri, xalq mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək Azərbaycanın qədim diyarı olan Şəkidə daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin, həmçinin festivalın bağlanış konsertinin təşkilinə göstərdiyi dəstəyə görə TÜRKSOY-un rəhbərliyinə təşəkkürünü bildirib.

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, xalq artisti Ağaverdi Paşayevə festivalın rəmzi simvolu və xatirə hədiyyəsi təqdim olunub.

Sonra Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının təsis etdiyi Üzeyir Hacıbəyli xatirə medalını Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan UsubovaTÜRKSOY-un baş katibi Düsen Kaseinova təqdim edib.

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını ifadə edib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının Türk dünyasında keçirilən ən önəmli festivallardan biri olduğunu vurğulayıb.

Festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, festivalın televiziya yayımının yüksək səviyyədə təşkilinə görə Azərbaycan TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin çəkiliş qrupu, həmçinin festival çərçivəsində keçirilən tədbirlərin operativ işıqlandırılmasını təmin etdiyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

 

Azərbaycan.- 2018.- 3 iyul.- S.6.