Folklorşünaslar Lahıca toplaşıb
“Folklor milli kimlik
kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Lahıc qəsəbəsində
Azərbaycan Milli Elmlər
Akademiyasının Folklor İnstitutunun,
İsmayıllı Rayon İcra
Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı
ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Folklor milli kimlik kontekstində” mövzusunda beynəlxalq elmi
konfrans keçirilib.
Cümhuriyyət
mövzusu bütün
ölkəmiz, o cümlədən
Lahıc üçün çox
önəmlidir. 28 aprel 1920-ci il tarixdə Xalq
Cümhuriyyəti hökuməti süqut
etdikdən sonra Məmməd Əmin Rəsulzadə
iyun-iyul aylarında Lahıcda yaşamaq məcburiyyətində qalır və
“Əsrimizin Siyavuşu” əsərini
də burada yazır. Lahıcın xarakterik folkloru, şəhərsalma,
tikinti və memarlıq baxımından qədim
tarixə malik mədəniyyəti mövcuddur. Xalq sənətkarlığı,
etnoqrafik toxuculuq burada keçmişdən günümüzədək
inkişafda olub. Bütün bunlara görədir
ki, Birinci vitse-prezident Mehriban
Əliyevanın milli dəyərlərə
möhkəm bağlılığının nəticəsi olaraq “Lahıc misgərlik sənəti” UNESCO-nun qeyri-maddi mədəni
irs üzrə Reprezentativ
siyahısına daxil edilib.
Sadalananlardan çıxış etsək
görərik ki, təşkilatçılar
haqlı olaraq beynəlxalq konfransın
keçirilməsi üçün məkan
qismində Lahıcı seçiblər.
Lahıc qəsəbə İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəliyin konfrans zalında
keçirilən tədbiri İsmayıllı Rayon
İcra Hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov açıb. O,
qonaqları salamlayaraq konfransın məhz
Lahıcda keçirilməsinin düzgün
qərar olduğunu vurğulayıb.
Sonra
çıxış üçün söz Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanova verilib. O, xalq ədəbiyyatı və kimlik
məsələləri mövzusunu şərh
edib.
Tədbirin maraqlı keçməsi
üçün mövzu
rəngarəngliyi nəzərə alınıb. Bilik Fondunun icraçı direktoru
Oqtay Səmədovun, AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun
şöbə müdiri Kamran
Əliyevin, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi
Həmid Qaradənizin, Qazaxıstandakı Əl-Fərabi Universitetinin “Turan-İran”
elmi araşdırma mərkəzinin direktoru professor İslam Jemenayın müxtəlif mövzularda çıxışları
iştirakçılarda xoş ovqat yaradıb. Paralel olaraq Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri
Əhməd Saminin, M.Lomonosov
adına Moskva Dövlət Universitetinin professoru İrina Kaçiniskayanın, Bilik
Fondunun aparat rəhbəri
professor İsaxan Vəliyevin,
Lahıcı təmsil edən filoloq Dadaş Əliyevin
çıxışları da
orijinallığı ilə seçilib.
Plenar iclasın sonunda Muxtar İmanov “Gücümüz
birliyimizdədir” adlı kitabı konfrans
iştirakçılarına təqdim edib.
Bilik
Fondu ilə səmərəli fəaliyyətinə
və fondun bölgədə olan bütün tədbirlərinin
yüksək səviyyədə
təşkilinə görə İsmayıllı Rayon İcra Hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov Fəxri fərmanla
təltif olunub.
Plenar iclasdan sonra konfrans 4 bölmə üzrə işini davam etdirib.
Konfrans
iştirakçıları Lahıc qəsəbəsinin tarixi, mədəniyyəti, arxitekturası, xalq sənətkarlığı və Prezident İlham
Əliyevin 5 oktyabr 2017-ci il tarixdə
Lahıc barədə imzaladığı 3 sərəncamın
(Lahıca qaz çəkilişi, 400 yerlik məktəb və Dəmirçi-Lahıc
yolunun tikintisi barədə)
icrası ilə
tanış olublar.
Əli
SƏLİMOV
Azərbaycan.- 2018.- 3 iyul.- S.6.