“Azərbaycan
İstilik Elektrik
Stansiyası” MMC-nin
yarımstansiyalarından birində baş
vermiş qəza ilə əlaqədar
Dövlət Komissiyasının yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2018-ci il iyulun 3-də Mingəçevir şəhərində
yerləşən “Azərbaycan İstilik
Elektrik Stansiyası” MMC-nin
yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş
vermişdir. Bununla əlaqədar
Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın
39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında
fasilə yaranmışdır. Təxirəsalınmaz tədbirlərin
həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunmuşdur.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, baş vermiş hadisənin səbəblərini
araşdırmaq və nəticələrini aradan
qaldırmaq məqsədi ilə qərara alıram:
1. “Azərbaycan İstilik
Elektrik Stansiyası” MMC-nin
yarımstansiyalarından birində baş
vermiş qəza ilə əlaqədar
aşağıdakı tərkibdə Dövlət
Komissiyası yaradılsın:
Komissiyanın
sədri
Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini
Komissiya sədrinin müavini
Azərbaycan Respublikasının energetika
naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının daxili
işlər naziri
Azərbaycan Respublikasının fövqəladə
hallar naziri
Azərbaycan Respublikasının baş
prokuroru
Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətinin
rəisi
“Azərenerji”
Açıq Səhmdar
Cəmiyyətinin prezidenti
“Azərişıq” Açıq
Səhmdar Cəmiyyətinin
sədri
Mingəçevir Şəhər İcra
Hakimiyyətinin başçısı
Azərbaycan Milli Elmlər
Akademiyası Fizika İnstitutunun direktoru.
2. Dövlət Komissiyası:
2.1. hadisənin baş verməsi səbəblərini araşdırsın
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.2.qəzanın nəticələrinin
aradan qaldırılması
üçün təxirəsalınmaz
tədbirlər müəyyənləşdirsin
və həyata keçirsin;
2.3. görülmüş
işlər haqqında
Azərbaycan Respublikasının
Prezidentinə mütəmadi
məlumat versin.
3. Azərbaycan Respublikasının Baş
Prokurorluğu baş vermiş hadisənin səbəblərinin araşdırılması
və təqsirkar şəxslərin müəyyən
edilərək məsuliyyətə
cəlb edilməsi üçün Azərbaycan
Respublikasının Daxili
İşlər və
Fövqəladə Hallar
nazirlikləri ilə birlikdə təxirəsalınmaz
istintaq tədbirlərini
həyata keçirsin.
4. Bu sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyul
2018-ci il
Azərbaycan.- 2018.-4 iyul.- S.1.