Amerika Birləşmiş Ştatlarının
Prezidenti Zati-aliləri
cənab Donald Trampa
Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının
milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi
və Sizin
simanızda bütün
xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından səmimi qəlbən təbrik edirəm.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını
dostluq və tərəfdaşlıq münasibətləri
birləşdirir. Regional çağırışlara
və terrorizmə qarşı mübarizədə,
təhlükəsizlik məsələlərində,
eləcə də iqtisadi sahədə ölkələrimiz yaxından
və səmərəli
əməkdaşlıq edirlər.
Enerji sahəsindəki əməkdaşlığımız xüsusilə əhəmiyyətlidir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən neft-qaz layihələrimizin
Birləşmiş Ştatlar
tərəfindən dəstəklənməsi
məmnunluq doğurur.
Bu yaxınlarda istismara verdiyimiz Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinə mühüm
töhfədir.
Bununla yanaşı ölkəmizin qarşılaşdığı
ən ağrılı
problem olan Dağlıq
Qarabağ münaqişəsi
hələ də həll olunmamışdır. Biz Ermənistan
tərəfindən işğal
olunmuş torpaqlarımızın
azad olunacağı, qaçqın və məcburi köçkünlərimizin
doğma yurd-yuvalarına
qayıdacağı günü
səbirsizliklə gözləyirik.
Buna görə də münaqişənin
beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü
çərçivəsində, sülh yolu ilə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizə
böyük ümidlər
bəsləyirik.
Belə bir əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul
2018-ci il.
Azərbaycan.- 2018.-4 iyun.- S.1.