Nazirlər
Kabineti hava şəraitinin
kəskin isti keçməsi ilə əlaqədar
Sərəncam qəbul edib
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov
ölkə ərazisində hava şəraitinin kəskin isti
keçməsi ilə əlaqədar Sərəncam imzalayıb.
Bu barədə
AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat
xidmətindən məlumat verilib.
Sərəncamda
deyilir ki, iyulun 4-də, 5-də, 6-da, 7-də hava şəraitinin kəskin isti
keçməsi ilə əlaqədar dövlət hakimiyyəti
orqanları, fiziki və hüquqi
şəxslərin təsis etdikləri mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən
bütün müəssisə, idarə və təşkilatların, eləcə də
müəssisə yaradılmadan işçilərlə əmək
müqaviləsi bağlanmış iş
yerlərinin rəhbərlərinə
tapşırılsın ki, Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinin
2-ci hissəsinin və həmin Məcəlləyə 2-ci əlavənin
1-ci hissəsinin tələblərinə ciddi
riayət olunmasını tələb etsinlər.
Azərbaycan.- 2018.-5 iyul.- S.3.