İlham
Əliyev:"Dünya Səhiyyə Təşkilatı hər
zaman Azərbaycanın təşəbbüslərinə
və səylərinə dəstək verir"
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev iyulun 5-də Dünya Səhiyyə Təşkilatının
baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin
başçısı Dünya Səhiyyə
Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun rəhbərlik
etdiyi təşkilatla Azərbaycan
arasında uğurlu əməkdaşlığın
həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev qeyd etdi ki,
Dünya Səhiyyə Təşkilatı
hər zaman Azərbaycanın təşəbbüslərinə
və səylərinə dəstək verib
və Tedros Adhanom Qebreyesusun bu səfəri əlaqələrimizin
daha da möhkəmlənməsi
baxımından önəmlidir. Səhiyyənin
Azərbaycanda prioritet sahələrdən
biri olduğunu qeyd edən dövlətimizin
başçısı son illər ölkəmizdə
bu sahədə böyük
işlərin görüldüyünü,
xeyli sayda yeni xəstəxanaların və tibb mərkəzlərinin tikildiyini
vurğuladı. Prezident İlham
Əliyev məmnunluq hissi ilə qeyd etdi ki,
hazırda Azərbaycanın hər bir
şəhərində bütün
lazımi tibbi xidmətləri əhatə
edən ən müasir avadanlıqla təchiz
olunmuş tibb
ocaqları fəaliyyət göstərir. Görülən bütün bu işlər
orta yaş həddinin
artması və uşaq ölümünün
azalmasına öz müsbət təsirini
göstərib. Prezident İlham
Əliyev Dünya Səhiyyə Təşkilatı
ilə əməkdaşlığın bundan
sonra da uğurla davam edəcəyinə
əminliyini bildirib.
Dünya Səhiyyə
Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, ilk növbədə, prezident
seçkilərində qələbə qazanması münasibətilə
dövlətimizin başçısını təbrik etdi.
Prezident İlham Əliyev təbriklərə görə
minnətdarlığını bildirdi.
Tedros
Adhanom Qebreyesus Dünya Səhiyyə Təşkilatı ilə
Azərbaycan arasında əməkdaşlıqla bağlı
görülən işlərdən danışdı. Azərbaycanda
səhiyyə sahəsində həyata keçirilən islahatlara, ölkəmizin hər yerində ən
müasir tibb
ocaqlarının inşa edilməsinə toxunan qonaq bu istiqamətdə əldə edilən nailiyyətləri
Azərbaycan dövlətinin və şəxsən Prezident İlham
Əliyevin səhiyyəyə göstərdiyi yüksək
diqqət və qayğının nəticəsi kimi qiymətləndirdi. Dünya Səhiyyə Təşkilatının
baş direktoru ölkəmizdə
qaçqın və məcburi köçkünlərə
göstərilən yüksək dövlət
qayğısından da danışaraq bildirdi ki, bu
sahədə Azərbaycanın təcrübəsi bir çox Avropa ölkələrinə nümunə ola bilər.
Söhbət zamanı əməkdaşlığımızın
perspektivləri ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.- 2018.-6 iyul.- S.2.