“Azərbaycan
Respublikası Hökuməti ilə Hindistan
Respublikası Hökuməti arasında diplomatik,
rəsmi və xidməti pasportlara malik şəxslərin viza
tələbindən azad edilməsi
haqqında” Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin
4-cü bəndini rəhbər tutaraq qərara
alır:
“Azərbaycan Respublikası
Hökuməti ilə Hindistan
Respublikası Hökuməti arasında diplomatik,
rəsmi və xidməti pasportlara malik şəxslərin viza
tələbindən azad edilməsi
haqqında” 2018-ci il aprelin
4-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 12 iyun 2018-ci il
Azərbaycan.-
2018.-6 iyul.- S.2.