Hər
bir vətəndaşın güvənc yeri
Ölkə
əhalisi Prezident İlham
Əliyevin şəxsində ən yaxın himayədarını
görür
Azərbaycanda
hakimiyyətin xalqa sıx bağlı olduğunu göstərən cəhətlərdən
biri fövqəladə halların, ekstremal şəraitin yarandığı zaman vətəndaşların yanında
olması, vəziyyətin normallaşması üçün
bütün mümkün
rıçaqları işə salmasıdır. Məhz bu amil insanlara
böyük mənəvi dəstək olmaqla yanaşı, bütün
maddi köməklərdən yüksəkdə
dayanır.
İnsan amili bütün
maraqların fövqündə dayanır
Heç bir dövlət texnogen və
təbii fəlakətlərin törətdiyi qəzadan
sığortalanmayıb. Azərbaycanda da zaman-zaman zəlzələdən,
daşqınlardan, dənizdə qasırğadan baş verən qəzalar meydana
çıxıb. Həmin qəzalar və təbii
fəlakətlər zamanı ağır hadisələrin
insanların həyatında dərin iz
buraxmaması üçün dövlət
tərəfindən bütün lazımi
tədbirlərin həyata keçirilməsi ilə bahəm, ilk növbədə, Prezident
İlham Əliyevin həssaslığı,
diqqətcilliyi, hadisə yerlərinə baş
çəkməsi cəmiyyətimizin bütün
təbəqələri tərəfindən təqdir olunur. Dövlət
başçısı belə hadisələr zamanı mövcud gerçəklikləri operativ və obyektiv şəkildə
qiymətləndirərək, ilk növbədə,
vətəndaşların mənafeyinə uyğun
çevik qərarlar qəbul edib, cəmiyyəti narahat
edən problemlərə xüsusi həssaslıqla
yanaşıb. Daim yüksək qətiyyət,
prinsipiallıq göstərən cənab
İlham Əliyev vətəndaşların
maraqlarını əsas götürüb.
Bu mənada Prezident İlham Əliyevin idarəçilik fəaliyyətində
diqqəti çəkən üstün məqamlardan
biri onun hər zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir.
Bu
günlərdə ölkənin enerji
sistemində yaranmış böhranlı vəziyyətlə
əlaqədar Prezident İlham
Əliyevin kəskin mövqeyi göstərdi
ki, ölkəmizin başçısı
üçün insan
amili və dövlətin maraqları bütün məqsədlərin
fövqündə dayanır. İyulun 3-də
Mingəçevir şəhərində yerləşən
“Azərbaycan
İstilik Elektrik
Stansiyası” MMC-nin
yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş
verdi. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri
də daxil olmaqla
respublikanın 39 şəhər və rayonunun
elektrik enerjisi ilə
təminatında fasilə yarandı. Prezident
İlham Əliyev dərhal məsələni
nəzarətə götürdü, qəzanın
nəticələrinin qısa zamanda aradan qaldırılması ilə bağlı
aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar verdi,
məsələ ilə əlaqədar Xüsusi
Dövlət Komissiyası yaratdı. Bununla
yanaşı, qəzanın səbəblərini daha dəqiq müəyyən etmək üçün ölkənin bu
sahədə aparıcı mütəxəssislərindən,
o cümlədən Energetika,
Fövqəladə Hallar nazirliklərinin,
Azərbaycan Milli Elmlər
Akademiyasının, Neft və Sənaye Universitetinin mütəxəssislərindən
ibarət ekspert komissiyası fəaliyyətə
başladı.
Prezidentin xalqa təşəkkürü
Qəza baş verən andan dərhal
sonra mövcud şəraitə
uyğun olaraq,
qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin
mənfi təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr
- təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya,
hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürüldü və onların idarə
olunması işi təşkil edildi. Həyata keçirilmiş
ciddi tədbirlər nəticəsində
proqnozlaşdırıla biləcək bütün
mənfi halların qarşısı alındı, ən əsası,
insan tələfatına yol
verilmədi.
“Azərbaycan İstilik
Elektrik Stansiyası”nda baş
verən qəza ölkənin əksər şəhər və
rayonlarında enerjinin kəsilməsinə
səbəb oldu. Bunun
da nəticəsində içməli su təchizatında uzunmüddətli fasilələr
yarandı. Həmin günlərdə anomal
istilərin də olduğunu nəzərə
alsaq, insanların durumunu
təsəvvür etmək çətin deyil.
Lakin Azərbaycan
cəmiyyəti bu hadisədən üzüağ və şərəflə
çıxdı. İyulun 4-də bununla bağlı keçirilən
müşavirədə Prezident İlham Əliyev vətəndaşlara
göstərdikləri dəstəyə, anlayışa və
vətəndaş həmrəyliyinə görə təşəkkür
edib: “Azərbaycan vətəndaşları
bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük,
vətəndaş həmrəyliyi göstərmişlər.
Bütövlükdə, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə
çıxa bilmişdir. Bütün
Azərbaycan vətəndaşlarına göstərdikləri
dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə
görə təşəkkür edirəm. Azərbaycan cəmiyyəti
çox yetkin cəmiyyətdir
və Azərbaycanda, sözün əsl mənasında,
vətəndaş həmrəyliyi mövcuddur”.
Enerjinin kəsildiyi saatlarda dövlətin müxtəlif
qurumları sözün əsil mənasında,
peşəkarlıq göstərdilər. Xüsusilə, daxili işlər orqanlarının gücləndirilmiş
rejimdə fəaliyyəti vətəndaşlar tərəfindən
təqdir olunur. Bakıda
işıqforların işləmədiyi saatlarda
bütün yol
ayırıclarında yol-patrul xidməti əməkdaşları
hərəkəti tənzimlədilər. Məhz onların
sayəsində şəhər nəqliyyatı idarəolunmaz
vəziyyətdən çıxdı. Eləcə də polisin digər orqanları da
səfərbər idilər.
Fövqəladə
Hallar Nazirliyi
qurumlarının da operativ
fəaliyyəti baş verə biləcək
faciələrin qarşısının alınmasında mühüm rol oynadı.
Məhz onların təxliyə işlərini vaxtında və
düzgün şəkildə
aparmaları nəticəsində metroda qatarlarda qalmış sakinlər arasında halı pisləşənlər
olsa da, çox ciddi problemlər
yaşanmadı.
Günahkarlar cavab verəcəklər
Prezident İlham Əliyevin baş
vermiş qəza ilə bağlı
reaksiyası çox kəskin oldu. “Siz, sadəcə olaraq, utanmalısınız, xalq
qarşısında, ölkə qarşısında. Bu isti havada
insanlara bu qədər
əziyyət vermisiniz. Metroda
qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə
qalanlar “ - deyən dövlət
başçısı qəzanın çox
ciddi araşdırılması və
günahkarların müəyyən edilməsi barədə
tapşırıqlar verdi.
Bu, haqlı irad idi. Müşavirədə
qeyd olunduğu kimi, son 15 ildə Azərbaycanın
enerji sektoruna milyardlarla manat həcmində
sərmayələr yatırılıb. Onlarla
yeni elektrik
stansiyası istifadəyə verilib,
hansı ki, onların generasiya
gücü ümumilikdə 2500 meqavata bərabərdir. Bu
gün Azərbaycanda bütün
istilik, su və digər
elektrik stansiyalarının gücü bir yerdə 6400
meqavata bərabərdir. Amma
bütün bunların müqabilində baş vermiş qəza nəticəsində
ölkənin enerjisiz qalması
başadüşülən deyil.
Enerji
sistemindəki vəziyyətlə bağlı keçirilən
müşavirədə bu məsələlər
ciddi şəkildə müzakirə edildi, Prezident İlham Əliyev bununla
bağlı xüsusi
tapşırıqlar verdi, Azərbaycan güclü dövlətdir və belə
problemlərin bir daha
təkrarlanmaması üçün
lazımi tədbirlər görüləcək. Lakin bu hadisənin baş verməsində məsuliyyət
daşıyanlar qanun qarşısında
mütləq cavab verəcəklər.
Ən əsası, bu hadisə bir daha onu göstərdi ki, İlham Əliyev hər
bir vətəndaşın güvənc yeridir. Ona görə
ölkə əhalisi Prezident İlham Əliyevin simasında özlərinin
ən yaxın hamilərini, güvənc yerlərini görür və bununla da fəxr edir.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2018.-7 iyul.- S.1.