“Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara
alır:
“Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 684;
2011, ¹ 2, maddə 70; 2014, ¹1, maddə 3; 2015, ¹ 11, maddə 1266;
2016, ¹ 1, maddə 41, ¹ 11, maddə 1766; 2017, ¹ 2, maddə 145, ¹
5, maddə 691, ¹ 7, maddələr 1277, 1300; ¹ 12, I kitab maddə 2202) aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.0.1-ci maddədə
“peşə-ixtisas” sözləri “ixtisas” sözü ilə əvəz
edilsin.
2. 1.0.4-cü
maddəyə birinci halda “ali” sözündən sonra “, orta
ixtisas” sözləri əlavə edilsin.
3. 1.0.6-cı
maddəyə “təhsilverənlərin” sözündən
sonra “(dövlət ümumi təhsil müəssisələrində
təhsilverənlər istisna olmaqla)” sözləri əlavə
edilsin.
4.
Aşağıdakı məzmunda 1.0.6-1-ci və 1.0.8-1-ci maddələr
əlavə edilsin:
“1.0.6-1.
Sertifikatlaşdırma - dövlət ümumi təhsil müəssisələrində
pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul
olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin
peşəkarlıq səviyyəsinin və peşə
yararlılığının yoxlanılması proseduru;
1.0.8-1.
beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil
proqramı - beynəlxalq təşkilat və ya xarici dövlət
tərəfindən müəyyən edilmiş standartlara
uyğun tətbiq edilən və məzunlarına iki və
daha çox xarici ölkələrin ali təhsil müəssisələrində
təhsil almaq hüququ verən təhsil
proqramıdır (IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom
Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil
haqqında ümumi sertifikatın yüksək səviyyəsi)
və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil
proqramıdır).”.
5. 1.0.25-ci
maddəyə “hazırlığını” sözündən
sonra “, orta ixtisas” sözləri əlavə edilsin.
6. 1.0.30-cu
maddəyə “üzrə” sözündən sonra “subbakalavr və”
sözləri əlavə edilsin.
7.
1.0.32-ci maddədə “dövlət tərəfindən verilən
xüsusi razılıq” sözləri “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq verilən rəsmi sənəd” sözləri ilə əvəz
edilsin.
8. 1.0.39-cu
maddədə “pilləsini” sözü “səviyyəsini”
sözü ilə əvəz edilsin.
9. 1.0.50-ci
maddədə “baza ali” sözləri “əsas (baza ali)” sözləri
ilə əvəz edilsin.
10.
1.0.53-cü maddəyə “hazırlığını”
sözündən sonra “, orta ixtisas və” sözləri əlavə
edilsin.
11.
1.0.54-cü maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 1.0.55-ci maddə əlavə
edilsin:
“1.0.55.
təhsil xidmətləri - müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
göstərilən təhsilin keyfiyyət təminatının
qiymətləndirilməsi və təhsil müəssisəsinə
tələbə qəbulu ilə bağlı biliyin qiymətləndirilməsi
xidmətləri, habelə Azərbaycan Respublikasında
hüquqi şəxs kimi dövlət qeydiyyatına
alınmış, fəaliyyətinə lisenziya verilmiş təhsil
müəssisələri tərəfindən məktəbəqədər,
ümumi, peşə, orta ixtisas, ali, habelə məktəbdənkənar
və əlavə təhsilin, beynəlxalq fənn
olimpiadalarına, beynəlxalq müsabiqə və
yarışlara hazırlığın təşkili, o
cümlədən nizamnamələri ilə müəyyən
edilmiş vəzifələrinə uyğun olaraq həyata
keçirdikləri digər xidmətlər.”.
12. 6.4-cü
maddəyə “pilləsində” sözündən sonra “və
səviyyəsində” sözləri əlavə edilsin.
13. 7.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“7.2. Vətəndaşların və təhsil müəssisəsi
təsisçilərinin istəyi nəzərə
alınaraq, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil
müəssisələrində tədris müvafiq dövlət
təhsil standartları əsasında digər dillərdə
də aparıla bilər. Tədris digər dillərdə
aparılan ümumi təhsil müəssisələrində
Azərbaycan dili, ədəbiyyatı, tarixi və
coğrafiyası tədris olunmalıdır.”.
14. 9.1-ci maddəyə
“standartları” sözündən əvvəl “və peşə”
sözləri əlavə edilsin.
15. 11.1.1-ci
maddəyə “yaratmaq” sözündən sonra “, məntiqi, tənqidi
və yaradıcı düşünmək” sözləri əlavə
edilsin.
16.
14.5.1-ci maddədə “xüsusi uşaq bağçası”
sözləri sanator tipli məktəbəqədər təhsil
müəssisəsi, sağlamlıq imkanları məhdud olan
uşaqlar üçün xüsusi məktəbəqədər
təhsil müəssisələri” sözləri ilə əvəz
edilsin.
17. 14.5.2-ci
maddəyə birinci halda “orta” sözündən əvvəl
“ümumi” sözü, “ümumtəhsil internat məktəbləri”
sözlərindən sonra “inteqrasiya təlimli internat tipli təhsil
müəssisələri” sözləri əlavə edilsin.
18.
14.5.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“14.5.3.
məktəbdənkənar təhsil müəssisələri
(yaradıcılıq və inkişaf mərkəzləri,
ekologiya və turizm mərkəzləri, uşaq-gənclər
idman-şahmat məktəbləri, uşaq-gənclər idman
məktəbləri, uşaq-gənclər şahmat məktəbləri
və s.);”.
19.
14.5.4-cü maddəyə “peşə liseyləri” sözlərindən
sonra “, peşə təhsil və tədris mərkəzləri
(kompleksləri)” sözləri əlavə edilsin.
20. 14.5.8-ci
maddəyə “müəssisələr” sözündən
sonra “(uşaq musiqi, incəsənət və rəssamlıq
məktəbləri və s.)” sözləri əlavə
edilsin.
21.
Aşağıdakı məzmunda 14.19-cu və 14.20-ci maddələr
əlavə edilsin:
“14.19. Azərbaycan
Respublikasında fəaliyyət göstərən ümumi təhsil
və peşə təhsili müəssisələri
“Şagird-məzun” dövlət elektron məlumat sisteminə
qoşulmalıdırlar.
14.20. Təhsil
müəssisələrində psixoloji xidmət təşkil
olunur. Psixoloji xidmətin təşkili qaydaları müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.”.
22. 15.2-ci maddə
aşağıdakı redaksiyada verilsin.
“15.2. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər olan
təhsil müəssisələrinin müəllim heyətinin
tərkibində Azərbaycan Respublikasının vətəndaşları
sayca üstünlük təşkil etməlidir. Yerli
kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə
bilər.”.
23. 16.1-ci maddə
üzrə:
23.1.
birinci cümləyə “Respublikasında” sözündən
sonra “dövlət məktəbəqədər və
ümumi təhsil müəssisələri istisna olmaqla,”
sözləri əlavə edilsin və “qanunvericiliklə”
sözü “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;
23.2. ikinci
cümlədə “Dövlət təhsil” sözləri “Təhsil”
sözü ilə əvəz edilsin;
23.3.
üçüncü və dördüncü cümlələr
çıxarılsın.
24. 16.3-cü
maddə aşağıdakı redaksiyada verilsin:
“16.3. Təhsil müəssisəsinin akkreditasiyası təhsil
müəssisəsinin fəaliyyətinin qəbul olunmuş
dövlət təhsil standartlarına və digər normativ
hüquqi aktların tələblərinə
uyğunluğunun yoxlanılması məqsədi ilə
aparılır və təhsil müəssisəsinin statusunun,
hər bir ixtisas (proqram) üzrə təhsilalanların
say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin
növbəti müddətə uzadılması
üçün hüquqi təminat yaradır. Təhsil
müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata
keçirilir.”.
25. 17.1.5.1-ci
maddəyə “bakalavriat” sözündən sonra “(əsas (baza
ali) tibb təhsili)” sözləri əlavə edilsin.
26. 17.1.5.2-ci maddəyə “magistratura”
sözündən sonra “(rezidentura)” sözü əlavə
edilsin.
27. 17.1.5.3-cü maddəyə “doktorantura”
sözündən sonra “(adyunktura)” sözü əlavə
edilsin.
28. 17.2-ci maddənin ikinci cümləsində
“pilləsi (məktəbəqədər təhsil istisna
olmaqla)” sözləri “pilləsi və səviyyəsi (məktəbəqədər
təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai
təhsil səviyyəsi istisna olmaqla)” sözləri ilə əvəz
edilsin.
29. Aşağıdakı məzmunda
17.4-cü maddə əlavə edilsin:
“17.4. Vətəndaşların peşə
təhsili üzrə qeyri-formal və informal təhsil
formaları vasitəsilə əldə etdikləri bilik,
bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi
və tanınması məqsədi ilə imtahanın
keçirilməsi və onlara peşə ixtisasını təsdiq
edən sənədin verilməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada həyata keçirilir.”.
30. 18.6-cı maddədə “qaydada metodiki və
diaqnostik məsləhət və əlaqələndirmə
xidməti təşkil edilir” sözləri “maarifləndirmə
tədbirləri həyata keçirilir” sözləri ilə əvəz
edilsin.
31. 19.11-ci maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Valideynlərin və ya digər qanuni
nümayəndələrin müraciəti ilə hər təqvim
ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə
qəbul edilirlər.”.
32. 19.12-ci maddə ləğv edilsin.
33. 19.14-cü maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Xüsusi proqram əsasında təhsilverən
təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil
müəssisəsinin yerləşdiyi ərazidə
yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə
ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə
uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi
və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.”.
34. 19.16-cı maddənin birinci cümləsinə
“sənədi” sözündən sonra “- attestat” sözü əlavə
edilsin.
35. 19.18-ci maddə üzrə:
a. ikinci
cümləyə “müəssisələrində”
sözündən sonra “ümumi təhsil pilləsinin dövlət
standartlarını əhatə edən” sözləri əlavə
edilsin;
b.
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
“Dövlət təhsil müəssisələri
dövlət standartlarından əlavə tədris edilən
beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil
proqramlarını ödənişli əsaslarla təşkil
etmək hüququna malikdirlər.”.
36. 20.2-ci maddədə “xüsusi
razılıq (lisenziya)” sözləri “lisenziyası”
sözü ilə, “peşə dərəcələrinin”
sözləri “peşə-ixtisas dərəcələrinin”
sözləri ilə əvəz edilsin.
37. 26.3.2-ci, 27.1-ci və 29.0.24-cü maddələrdə
ismin müvafiq hallarında “xüsusi razılıq (lisenziya)”
sözləri ismin müvafiq hallarında “lisenziya” sözü
ilə əvəz edilsin.
38. 21.2-ci maddənin birinci cümləsində
“əsasən” sözü çıxarılsın və
“tabeliyində yaradılan müvafiq strukturlarda” sözləri
“müvafiq struktur bölmələrində” sözləri ilə,
ikinci cümləsində “müəssisələrinə daxil
olanlar” sözləri “almaq üçün qəbul olunanlar”
sözləri ilə əvəz edilsin.
39. Aşağıdakı məzmunda
21.2-1-ci maddə əlavə edilsin:
“21.2-1. Ali təhsil müəssisələrinin
müvafiq struktur bölmələrində təsisçinin
razılığı ilə orta ixtisas təhsili həyata
keçirilə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin
təşkili qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.”.
40. 22.2.1-ci maddədə “tibb təhsili
istisna olmaqla” sözləri “əsas (baza ali)
tibb təhsili” sözləri ilə əvəz edilsin.
41. 22.2.2-ci maddədə “tibb təhsili
istisna olmaqla” sözləri “rezidentura” sözü ilə əvəz
edilsin.
42. 22.2.3-cü maddəyə “doktorantura”
sözündən sonra “(adyunktura)” sözü əlavə
edilsin.
43. 22.6-cı maddənin birinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
“Ali tibb təhsili təhsil proqramlarına
və dövlət ali tibb təhsili standartlarına uyğun
olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində
aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis
ali peşə-ixtisas dərəcələri verilir.”.
44. Aşağıdakı məzmunda
22.8-22.17-ci maddələr əlavə edilsin:
“22.8. Doktorantura ali təhsilin
ən yüksək səviyyəsi olmaqla, elmi və
elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və
elmi dərəcələrin yüksəldilməsini təmin
edir.
22.9. Doktorantura təhsili ali
təhsil müəssisələrində, elmi müəssisə
və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil
müəssisələrində adyunkturalarda) həyata
keçirilir və müvafiq elmi dərəcənin verilməsi
ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində,
elmi müəssisə və təşkilatlarda fəaliyyət
göstərən dissertasiya şuralarının vəsatəti
əsasında “Elm haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq verilir.
22.10. Azərbaycan Respublikasında
aşağıdakı elmi dərəcələr müəyyən
edilir:
22.10.1. fəlsəfə
doktoru (elm sahələri göstərilməklə);
22.10.2. elmlər doktoru
(elm sahələri göstərilməklə).
22.11. Doktoranturaların yaradılması,
doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
22.12. Doktoranturaya əcnəbilərin və
ya vətəndaşlığı olmayan şəxslərin
qəbulu Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə,
“Elm haqqında” Azərbaycan Respublikasının Qanununa və
bu qanuna uyğun olaraq, habelə ali təhsil
müəssisəsi, elmi müəssisə və təşkilatla
əcnəbi və ya vətəndaşlığı olmayan
şəxs arasında bağlanılan müqavilə əsasında
həyata keçirilir.
22.13. Doktoranturada təhsilini başa
vurmuş və müvafiq elmi dərəcə almış
şəxslərə müəyyən edilmiş qaydada həmin
elmi dərəcəni təsdiq edən vahid formalı dövlət
sənədi - diplom verilir.
22.14. Ali təhsil müəssisəsində,
elmi müəssisə və təşkilatlarda, habelə digər
təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin
verilməsi dissertantlıq yolu ilə də
reallaşdırılır. Ali təhsil müəssisələrinin
müvafiq kafedralarına, elmi müəssisə və təşkilatlara
dissertantların təhkim olunması və elmi dərəcələrin
verilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
22.15. Ali təhsil müəssisələrinin
kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə
etdikləri nəticələrə görə müəyyən
edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında
aşağıdakı elmi adlar müəyyən edilir:
22.15.1. dosent;
22.15.2. professor.
22.16. Dosent və professor elmi
adlarının verilməsi qaydaları və şərtləri
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
22.17. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin və elmi
müəssisənin fəxri professor (doktor) adı vermək
hüququ vardır. Fəxri professor (doktor) adının verilməsi
qaydaları və şərtləri ali təhsil müəssisəsinin
və elmi müəssisənin nizamnaməsi ilə müəyyən
edilir.”.
45. 23-cü maddə ləğv edilsin.
46. Aşağıdakı məzmunda
26.1-1-ci maddə əlavə edilsin:
“26.1-1. Orta ixtisas təhsili müəssisələrinə
bakalavrların, ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar
üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı
(baza ali tibb təhsilini) başa vurmayan şəxslərin
öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə
köçürülməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada həyata keçirilir.”.
47. 26.5-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“26.5. Beynəlxalq fənn
olimpiadalarının qalibləri istənilən ixtisaslar
üzrə, respublika fənn olimpiadalarının, yüksək
səviyyəli beynəlxalq müsabiqələrin və
yarışların qalibləri müvafiq ixtisaslar üzrə
ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul olunurlar”.
48. Aşağıdakı məzmunda
26.5-2-ci və 26.5-3-cü maddələr əlavə edilsin:
48.1. “26.5-2. Bu qanunun 26.5-ci maddəsində
nəzərdə tutulan olimpiadaların, beynəlxalq
müsabiqələrin və yarışların
siyahısı və onların qaliblərinin ali
təhsil müəssisələrinə müsabiqədənkənar
qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
48.2. 26.5-3. Beynəlxalq səviyyədə
akkreditasiya olunan təhsil proqramları üzrə təhsil
almış abituriyentlər müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilmiş şərtlər yerinə yetirilməklə,
təhsil aldıqları dildə tədris olunan ixtisaslar
üzrə ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul olunurlar.”.
49. 26.6-cı maddədə “Ali təhsil
müəssisələrinin magistraturalarına” sözləri
“Magistraturaya (rezidenturaya)” sözləri ilə əvəz
edilsin.
50. 29.0.9-cu maddə aşağıdakı
redaksiyada verilsin:
“29.0.9. peşə, orta
ixtisas və ali təhsil müəssisələrinə
müvafiq ixtisaslar üzrə şagird və tələbə
qəbulunu müəyyənləşdirmək;”.
51. 29.0.11-ci maddəyə “Tələbə-məzun”
sözlərindən sonra “və “Şagird-məzun” sözləri
əlavə edilsin və həmin maddədə “sistemini” sözü
“sistemlərini” sözü ilə əvəz edilsin.
52. 29.0.15-ci maddədə “səviyyəsinə”
sözü “pilləsinə” sözü ilə əvəz
edilsin və həmin maddəyə “müəssisələrinin”
sözündən sonra “, məktəbdənkənar və əlavə
təhsil müəssisələrinin” sözləri əlavə
edilsin.
53. Aşağıdakı məzmunda
29.0.28-1-ci maddə əlavə edilsin:
“29.0.28-1. təhsil müəssisələrinin
akkreditasiyasına görə dövlət rüsumunun məbləğini
müəyyən etmək;”.
54. 29.0.29-cu maddəyə “təhsilverənlərin”
sözündən sonra “(dövlət ümumi təhsil müəssisələrində
təhsilverənlər istisna olmaqla)” sözləri əlavə
edilsin.
55. 29.0.37-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“29.0.37. təhsil
proqramlarını, tədris planlarını və
proqramlarını təsdiq etmək;”.
56. 29.0.41-ci maddədə “təhsil”
sözü “və ümumi təhsil müəssisələrində
(xüsusi təhsil və inklüziv təhsil siniflərində)
təhsilə cəlb edilməsini” sözləri ilə əvəz
edilsin.
57. 29.0.42-ci maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda 29.0.43 -
29.0.45-ci maddələr əlavə edilsin:
“29.0.43. dövlət
ümumi təhsil müəssisələrinin təhsilverənlərinin
sertifikatlaşdırılması qaydasını müəyyən
etmək və sertifikatlaşdırmanı həyata
keçirmək;
29.0.44. təhsili idarəetmə
orqanlarının və dövlət təhsil müəssisələrinin
(adambaşına maliyyələşən təhsil müəssisələri
istisna olmaqla) nümunəvi ştatlarını və xərc
normalarını müəyyən etmək;
29.0.45. təhsil sisteminin işçiləri
üçün dövlət təltiflərini, fəxri
adları müəyyənləşdirmək, elmi, pedaqoji fəaliyyəti
və yaradıcılığı ilə seçilən təhsilverənlər
və yüksək akademik nailiyyətləri ilə fərqlənən
təhsilalanlar, o cümlədən respublika fənn
olimpiadalarının qalibləri üçün təltiflər,
mükafatlar təsis etmək və digər həvəsləndirici
tədbirlər görmək.”.
58. 31.0.1-ci maddəyə “magistrantlar”
sözündən sonra “, rezidentlər” sözü əlavə
edilsin.
59. 31.0.2-ci maddəyə “tyutorlar”
sözündən sonra “, rezidentlərin kuratorları” sözləri
əlavə edilsin.
60.33.3.9-cu maddəyə “attestasiyadan”
sözündən sonra “(dövlət ümumi təhsil müəssisələrində
sertifikatlaşdırmadan)” sözləri əlavə edilsin.
61. Aşağıdakı məzmunda
36-1-ci və 36-2-ci maddələr əlavə edilsin:
“Maddə 36-1. Pedaqoji fəaliyyətlə məşğul olma
36-1.1. Azərbaycan Respublikasının təhsil
müəssisələrində müvafiq ixtisas üzrə
pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq
ixtisas üzrə pedaqoji təhsili olmayan ali
təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul
ola bilərlər.
36-1.2. Aşağıdakı şəxslər
pedaqoji fəaliyyətlə məşğul ola
bilməzlər:
36-1.2.1. məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul
olması qadağan edilənlər;
36-1.2.2. ağır, xüsusilə
ağır cinayət törətməsinə görə məhkumluğu
üstündən götürülməmiş və ya
ödənilməmiş şəxslər;
36-1.2.3. fəaliyyət qabiliyyətsizliyinə
və ya məhdud fəaliyyət qabiliyyətli olmasına,
habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin
tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı olan şəxslər;
36-1.2.4. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə
görə pedaqoji fəaliyyətlə məşğul
olmasına qadağa qoyulmuş şəxslər;
36-1.3. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq
etdiyi etik davranış qaydalarını pozduğuna görə
əmək müqaviləsinə xitam verilmiş pedaqoji
işçi 1 (bir) il müddətində
pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Maddə 36-2. Dövlət ümumi təhsil müəssisələrində
təhsilverənlərin sertifikatlaşdırılması
36-2.1. Dövlət ümumi təhsil
müəssisələrində işləyən təhsilverənlər
5 (beş) ildə bir dəfə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.
36-2.2. Dövlət ümumi təhsil
müəssisələrində işləyən təhsilverənlərin
sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
36-2.3. Aşağıdakı şəxslər
sertifikatlaşdırmadan keçmirlər:
36-2.3.1. hamilə qadınlar;
36-2.3.2. uşağının üç
yaşınadək sosial məzuniyyətdə olan və həmin
məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az
müddətdə müvafiq vəzifədə (peşədə)
çalışan qadınlar (uşağını təkbaşına
böyüdən kişilər);
36-2.3.3. ilk dəfə işə qəbul
olunanlar, 5 (beş) il müddətində;
36-2.3.4. azı üç dəfə
sertifikatlaşdırmadan keçmiş şəxslər.
36-2.4. Sertifikatlaşdırmadan keçən
şəxslərə 5 (beş) il müddətində
dövlət ümumi təhsil müəssisələrində
pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ
verilir.
36-2.5. Üzrlü səbəblərdən
sertifikatlaşdırmada iştirak etməyən və ya
sertifikatlaşdırmadan keçməyən şəxslər
1 (bir) il müddətində iş yeri
saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək
hüququna malikdirlər. Təkrar
sertifikatlaşdırmada iştirak etməyən şəxslər
sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
36-2.6. Təkrar sertifikatlaşdırmadan
keçməyən şəxslərlə əmək
münasibətləri Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun olaraq tənzimlənir.”.
62. 37.5-ci maddədə “tədris”
sözü “təhsil” sözü ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
12 iyun 2018-ci il
Azərbaycan.-
2018.-7 iyul.- S.4.