“Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1189-VQ nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq,
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il
12 iyun tarixli 1189-VQ
nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. beş ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.1.2. “Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun
14.20-ci maddəsinə uyğun olaraq, təhsil müəssisələrində
psixoloji xidmətin təşkili
qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.1.3.
həmin qanunun 17.4-cü maddəsinə uyğun olaraq, vətəndaşların
ilk peşə-ixtisas təhsili üzrə
qeyri-formal və informal
təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin
qiymətləndirilməsi və tanınması məqsədi
ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən
sənədin verilməsi qaydasını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etsin;
1.1.4. həmin
qanunun 21.2-1-ci maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili
qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.1.5.
həmin qanunun 26.1-1-ci maddəsinə uyğun olaraq, orta ixtisas təhsili müəssisələrinə
bakalavrların, ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə
subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb
təhsilini) başa vurmayan
şəxslərin orta ixtisas
təhsili müəssisələrinə
köçürülməsi qaydalarını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etsin;
1.1.6.
həmin qanunun 26.5-2-ci maddəsinə uyğun olaraq, beynəlxalq
və respublika fənn
olimpiadalarının, beynəlxalq müsabiqələrin və
yarışların siyahısını və onların qaliblərinin
ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbulu qaydasını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etsin;
1.1.7.
həmin qanunun 26.5-3-cü maddəsinə
uyğun olaraq, beynəlxalq
səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil
almış abituriyentlərin ali təhsil
müəssisələrinə müsabiqədənkənar qəbulu
şərtlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.1.8. həmin
qanunun 36-1.1-ci maddəsinə uyğun olaraq, pedaqoji fəaliyyətlə məşğul olma qaydasını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etsin;
1.1.9. həmin
qanunun 36-1.2.4-cü maddəsinə uyğun olaraq, pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən
xəstəliklərin siyahısını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etsin;
1.1.10. həmin
qanunun 36-2.2-ci maddəsinə uyğun olaraq, dövlət
ümumi təhsil müəssisələrində
işləyən təhsilverənlərin
sertifikatlaşdırma qaydasını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etsin;
1.1.11. həmin
qanunun 29.0.44-cü və 29.0.45-ci maddələri
ilə nəzərdə tutulmuş vəzifələrin
həyata keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti
orqanlarına dair təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını üç
ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.55-ci, 7.2-ci, 14.20-ci, 17.4-cü maddələrində,
19.14-cü maddəsinin ikinci cümləsində,
21.2-1-ci maddəsinin ikinci cümləsində,
22.11-ci maddəsində, 22.14-cü maddəsinin ikinci cümləsində, 22.16-cı, 26.1-1-ci,
26.5-2-ci, 26.5-3-cü, 36-1.1-ci, 36-1.2.4-cü, 36-1.3-cü,
36-2.1-ci və 36-2.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti
həyata keçirir;
3.2. həmin qanunun 22.14-cü maddəsinin ikinci
cümləsində və 22.16-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Prezidenti nəzərdə
tutulur;
3.3.
həmin qanunun 22.11-ci maddəsində “orqan (qurum)” dedikdə elmi dərəcələrin verilməsi
qaydasının müəyyən edilməsinə münasibətdə
Azərbaycan Respublikasının Prezidenti,
doktoranturaların yaradılması, doktoranturaya
qəbul qaydalarının müəyyən edilməsinə münasibətdə
isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
3.4. həmin qanunun 14.20-ci, 17.4-cü maddələrində,
21.2-1-ci maddəsinin ikinci cümləsində,
26.1-1-ci, 26.5-2-ci, 26.5-3-cü, 36-1.1-ci, 36-1.2.4-cü və
36-2.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
3.5.
həmin qanunun 29.0.43-cü maddəsində
nəzərdə tutulmuş vəzifələri
dövlət ümumi təhsil müəssisələrinin
təhsilverənlərinin sertifikatlaşdırılması
qaydasının müəyyən edilməsi üzrə Azərbaycan
Respublikasının Nazirlər Kabineti,
sertifikatlaşdırmanın həyata keçirməsi üzrə
isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirirlər;
3.6. həmin qanunun 7.2-ci maddəsində, 19.14-cü maddəsinin
ikinci cümləsində, 36-2.1-ci və
36-1.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi nəzərdə
tutulur;
3.7. həmin qanunun 1.0.55-ci maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və
Azərbaycan Respublikasının Dövlət İmtahan
Mərkəzi nəzərdə tutulur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyul 2018-ci il
Azərbaycan.-
2018.-7 iyul.- S.4.