“Xəzər
dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft
yatağının işlənməsi ilə əlaqədar”
Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ
LLSi arasında Risk
xidmət Sazişinin qəbul və təsdiq
edilməsi, həyata keçirilməsinə
icazə verilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
2018-ci
il mayın 30-da Azərbaycan
Respublikasının Dövlət Neft
Şirkəti (“SOCAR”), Statoyl Azərbaycan Qarabağ BV (“Statoyl”) və
SOCAR Qarabağ LLSi
(“SOCAR Qarabağ”) arasında Risk xidməti Sazişi
bağlanmışdır.
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I
hissəsinin 4-cü bəndini rəhbər tutaraq
qərara alır:
1.
“Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi
haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl
Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidməti Sazişi (bundan sonra - Saziş) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə
icazə verilsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən sazişdə iştirak edən podratçılara verilən
Azərbaycan Respublikası hökumətinin təminatı və
öhdəlikləri (bundan sonra - hökumət təminatı) qəbul edilsin və onların həyata keçirilməsinə
icazə verilsin.
3.
Sazişin əsas mətninə edilmiş on iki (12) əlavə (bundan sonra - əlavələr) qəbul edilsin və onların həyata keçirilməsinə
icazə verilsin.
4.
Bu qanun qüvvəyə
mindikdən sonra saziş,
hökumət təminatı və əlavələr qanun olurlar. Sazişdə
konkret surətdə başqa
hallar göstərilməyibsə, saziş, hökumət təminatı və əlavələr
sazişin qüvvədə olduğu müddət ərzində bu sazişə, hökumət təminatına
və əlavələrə uyğun gəlməyən
və ya zidd olan Azərbaycan Respublikasının hər
hansı başqa mövcud
və ya qəbul oluna
biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının
(və ya onların hissələrinin)
müddəalarından üstün tutulur.
5.
Bu qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin
istənilən hissəsi barəsində əvvəllər
bağlanmış hər hansı saziş,
kontrakt və ya bu cür başqa
sənədlə verilə bilən bütün
digər hüquq və vəzifələr
ləğv edilir, habelə
bu qanun qüvvəyə
mindikdən sonra sazişin,
hökumət təminatının və əlavələrin
şərtlərinə müvafiq surətdə
və qüvvədə olduğu bütün müddət ərzində sazişin pay iştirakçılarına
kontrakt sahəsində neft-qaz
əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
6.
Bu qanun qüvvəyə mindikdən sonra podratçının (və ya onun hüquq
varislərinin) saziş, hökumət təminatı
və əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər
podratçının qabaqcadan
razılığı olmadan dəyişdirilə,
düzəldilə və ya azaldıla
bilməz.
7.
Sazişdən irəli gələn hüquq
və öhdəliklərin yerinə yetirilməsi üçün sazişin
iştirakçılarına bütün
lazımi lisenziyalar, gömrük
icazələri, vizalar, başqa
səlahiyyətlər və sanksiyalar verilir.
8.
Sazişə və ya əlavələrə
hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər
yalnız sazişin və əlavələrin
tərəflərinin yazılı razılığı ilə
edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 iyun 2018-ci il
Azərbaycan.- 2018.-8 iyul.- S.2.