“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər tutaraq, “Sanitariya-epidemioloji
salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununu “Məktəbəqədər təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara
alır:
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan
Respublikası Ali Sovetinin
Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə
143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə
1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə
1153; 2016, № 6, maddə 980; 2017, № 12, I kitab,
maddə 2200) aşağıdakı dəyişikliklər edilsin:
1. 23-cü maddədə “məktəbəqədər
uşaq tərbiyə müəssisələrində,
orta məktəblərdə və texniki peşə məktəblərində”
sözləri “təhsili müəssisələrində”
sözləri ilə əvəz edilsin.
2. 39-cu maddənin on altıncı abzasında “uşaq
tərbiyə və yeniyetmə müəssisələrində,
texniki peşə məktəblərində,
habelə” sözləri “təhsili müəssisələrində,
habelə digər” sözləri ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 may 2018-ci il
Azərbaycan.- 2018.-8 iyul.- S.2.