“Ətraf mühitin mühafizəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci
bəndini rəhbər tutaraq qərara alır:
“Ətraf
mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 472; 2001, ¹ 3, maddə 148;
2002, ¹ 5, maddə 238; 2003, ¹ 4, maddə 178; 2004, ¹ 2, maddə 57,
¹ 4, maddə 201; 2008, ¹ 2, maddə 47; 2009, ¹ 10, maddə 769; 2013, ¹ 3, maddə 209; 2014, ¹ 4, maddə 338, ¹ 10, maddə
1152; 2016, ¹ 12, maddə 2011; 2017, ¹ 2, maddə 142, ¹ 6, maddə
1013) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə
üzrə:
1.1. 1-ci hissənin
on birinci abzasının sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda on ikinci - on
altıncı abzaslar əlavə edilsin:
“ekoloji
ekspertiza - ekoloji ekspertiza obyektlərinin ətraf mühitə
təsirini müəyyən etmək məqsədi ilə həmin
obyektlərin müvafiq standartda, texniki reqlamentdə və digər
normativ hüquqi aktda müəyyən olunmuş ekoloji tələblərə
uyğunluğunun və realizəsinin
mümkünlüyünün əvvəlcədən qiymətləndirilməsi;
dövlət
ekoloji ekspertizası - müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
bu qanunla müəyyən edilmiş qaydada və hallarda
aparılan ekoloji ekspertiza;
ictimai
ekoloji ekspertiza - fiziki şəxslər, qeyri-hökumət təşkilatları,
vətəndaşların təşəbbüs qrupları və
bələdiyyələrin məhəllə komitələri
(bundan sonra - ictimai ekoloji ekspertizanın təşkilatçıları)
tərəfindən bu qanunun tələbləri nəzərə
alınmaqla aparılan ekoloji ekspertiza;
dövlət
ekoloji ekspertizasının rəyi (bundan sonra - ekoloji ekspertiza
rəyi) - dövlət ekoloji ekspertizasının nəticələrinə
dair rəsmi sənəd;
ictimai ekoloji
ekspertiza rəyi - ictimai ekoloji ekspertizanın nəticələrinə
dair tövsiyə xarakterli sənəd.”;
1.2.
aşağıdakı məzmunda ikinci hissə əlavə
edilsin:
“Bu
qanunda istifadə olunan digər anlayışlar “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”,
“Ekoloji təhlükəsizlik haqqında”, “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının
qanunları və başqa normativ hüquqi aktlar ilə müəyyən
edilmiş mənaları verir.”.
2. 3-cü maddənin birinci hissəsi
üzrə:
2.1. 6-cı abzasda “ətraf mühitin
mühafizəsi haqqında qanunvericiliyin” sözləri “bu
qanunun və ətraf mühitin mühafizəsi sahəsində
digər normativ hüquqi aktların” sözləri ilə əvəz
edilsin;
2.2. 8-ci abzasda “ictimai birliklərin” sözləri
“vətəndaş cəmiyyəti institutlarının”
sözləri ilə əvəz edilsin;
2.3. 9-cu abzasın sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda onuncu - on
üçüncü abzaslar əlavə edilsin:
“ekoloji ekspertizaya təqdim
olunan məlumatların dolğunluğu və
düzgünlüyü;
ekoloji ekspertizanın həyata keçirilməsində
qanunçuluğun, aşkarlığın və şəffaflığın
təmin edilməsi;
təbiətdən tənzimlənməyən istifadənin
potensial təhlükəliliyinin nəzərə
alınması;
ətraf mühitin mühafizəsi tədbirləri barədə
əhalinin məlumatlandırılması.”.
3. 4-cü maddə üzrə:
3.1. 1.5-ci bənd ləğv edilsin;
3.2. 1.8-ci bənddən “təsərrüfat
fəaliyyətinin ekoloji cəhətdən təhlükəli
formalarının siyahısını, onlara xüsusi icazə
verilməsi qaydalarını, həmçinin” sözləri
çıxarılsın, “oxşar” sözü “ekoloji cəhətdən
təhlükəli” sözləri ilə əvəz edilsin;
3.3. 1.12-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“1.12. təbiətdən
istifadə ilə bağlı “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş lisenziya və icazələri vermək, bu qanunun
15-ci maddəsinə uyğun olaraq müqavilələr
bağlamaq.”.
4. 11-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“Maddə 11. Təbiətdən istifadə sahəsində
lisenziya və icazə
11.1. “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq təbiətdən istifadə sahəsində lisenziya və
ya icazə tələb olunan müvafiq fəaliyyət növləri
və ya hərəkətlər belə lisenziya və ya icazə
alındıqdan sonra həyata keçirilir.
11.2. Təbiətdən istifadə sahəsində
lisenziya və icazə “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq “bir pəncərə” prinsipi əsasında verilir.”.
5. 14-cü maddə ləğv edilsin.
6. 15-ci maddə üzrə:
6.1. 1-ci hissədə “Qanunvericiliklə”
sözü “Qanunla” sözü ilə əvəz edilsin;
6.2. 2-ci hissədən “xüsusi”
sözü çıxarılsın;
6.3. 3-cü hissənin birinci cümləsində
“Xüsusi icazə” sözləri “İcazə” sözü ilə,
ikinci cümləsində “Xüsusi icazə geri alınarsa”
sözləri “İcazə ləğv edilərsə” sözləri
ilə əvəz edilsin;
6.4. 4-cü hissə ləğv edilsin.
7. 21-ci maddənin birinci hissəsində
“qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri
“Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən
qurum tərəfindən” sözləri ilə əvəz
edilsin.
8. 30-cu maddə üzrə:
8.1. 3-cü hissədən “xüsusi”
sözü çıxarılsın;
8.2. 4-cü hissə ləğv edilsin.
9. 35-ci maddənin ikinci hissəsindən
“xüsusi” sözü çıxarılsın.
10. 40-cı maddənin 2-ci hissəsində
“dövlət ekoloji ekspertizası orqanının” sözləri
“müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) nümayəndələrinin” sözləri
ilə əvəz edilsin.
11. 45-ci maddə üzrə:
11.1. birinci hissədə “qanunvericiliyin
müəyyən etdiyi” sözləri “qanunla müəyyən
edilmiş” sözləri ilə əvəz edilsin, “xüsusi
icazə” sözləri “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq lisenziya və ya icazə” sözləri ilə əvəz
edilsin.
11.2. ikinci hissədə
“olmadıqda müvafiq icra hakimiyyəti orqanlarının
xüsusi icazəsi ilə yol verilir” sözləri “olmadan yol
verilmir” sözləri ilə əvəz edilsin.
12. 47-ci maddənin 2-ci hissəsində
“yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi
ilə” sözləri “beynəlxalq müqavilələrlə
müəyyən edilmiş qaydada” sözləri ilə əvəz
edilsin.
13. 50-ci maddənin ikinci hissəsi
aşağıdakı redaksiyada verilsin:
“Ekoloji ekspertiza dövlət və ictimai
ekoloji ekspertiza formalarında həyata keçirilir.”.
14. 51-ci və 52-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“Maddə 51. Ekoloji ekspertizanın məqsəd və vəzifələri
1. Ekoloji ekspertizanın əsas məqsədi
ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan
sağlamlığına birbaşa və ya dolayı mənfi
təsirinin və onlarla bağlı nəticələrin
aşkar edilməsi, qarşısının alınması və
proqnozlaşdırılmasından, qəbul olunan qərarların
ekoloji təhlükəsizlik dərəcəsini və ətraf
mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini
müəyyən etməkdən ibarətdir.
2. Ekoloji ekspertizanın vəzifələri
aşağıdakılardır:
2.1. ekoloji ekspertiza
obyektlərinin ekoloji təhlükəsizlik səviyyəsini və
ətraf mühitə potensial təsirini tam, hərtərəfli
və elmi əsaslandırılmış təhlil əsasında
qiymətləndirmək;
2.2. ətraf mühitə
bilavasitə və ya dolayısı ilə təsir göstərə
biləcək qərarların qəbul edilməsinin
qarşısını almaq;
2.3. ekoloji ekspertiza
obyektlərinin ətraf mühitin mühafizəsi və təbii
ehtiyatlardan istifadə sahəsində normativ hüquqi aktlara
uyğunluğunu müəyyən etmək;
2.4. ətraf mühitin
mühafizəsi üzrə tədbirlərin səmərəliliyini,
dolğunluğunu və tamlığını qiymətləndirmək
və onların ekoloji tələblərə
uyğunluğunu müəyyən etmək;
2.5. ekoloji ekspertiza
obyektlərinin ətraf mühitə potensial təsiri və
onun nəticələri barədə maraqlı şəxsləri
məlumatlandırmaq.
Maddə 52. Dövlət ekoloji ekspertizasına dair tələblər
1. Dövlət ekoloji ekspertizası bu
qanunun 54-cü maddəsində göstərilən obyektlərə
münasibətdə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
həyata keçirilir.
2. Dövlət ekoloji ekspertizasının
həyata keçirilməsi qaydası, “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
3. Təsərrüfat fəaliyyəti
yerin təkindən istifadə ilə bağlı olduqda, həmin
fəaliyyətə dair dövlət ekoloji ekspertizası bu
işlər “Yerin təki haqqında” Azərbaycan
Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq
dövlət uçotuna və dövlət qeydiyyatına
alındıqdan sonra aparılır.
4. Dövlət ekoloji ekspertizasının
obyektləri barədə ekoloji ekspertiza rəyi olmadan sənaye
və ərzaq məhsullarının istehsalı, işlərin,
xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan
Respublikasının ərazisinə gətirilməsi
qadağandır.
5. Dövlət ekoloji ekspertiza obyektləri
xüsusi mühafizə olunan təbiət ərazilərinə
və obyektlərinə yaxın ərazilərlə
bağlı olduqda, dövlət ekoloji ekspertizası
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) nümayəndələrinin
iştirakı ilə aparılır.
6. Dövlət ekoloji ekspertizası həyata
keçirilərkən aşağıdakılar rəhbər
tutulur:
6.1. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələn öhdəliklər;
6.2. ekoloji ekspertiza
obyektlərinin ətraf mühitə təsirinin kompleks
(sosial-iqtisadi, ekoloji) qiymətləndirilməsinin nəticələri;
6.3. ekoloji
tarazlığın, genofondun və canlı təbiətin
müxtəlifliyinin qorunub saxlanılmasının təmin
edilməsi zərurəti;
6.4. dövlət ekoloji
ekspertizasının keyfiyyətinin və ekoloji ekspertiza rəyinin
tərəflərin mövqelərindən
asılılığının yolverilməzliyi;
6.5. dövlət ekoloji
ekspertizası metodologiyasının inkişafı və təkmilləşdirilməsi
üçün şəraitin yaradılması zərurəti.
7. İrihəcmli və mürəkkəb
ekoloji ekspertiza obyektlərinin, habelə transsərhəd təsirə
malik olan ekoloji ekspertiza obyektlərinin dövlət ekoloji
ekspertizasının həyata keçirilməsi
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən Ekspert
Komissiyası təşkil olunur.
8. Ekoloji ekspertiza obyektlərinin realizəsi
zamanı onların transsərhəd təsiri müəyyən
edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) ekspert komissiyasının fəaliyyətinə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) razılaşdırmaqla maraqlı ölkələrin
mütəxəssislərini və beynəlxalq ekspertləri cəlb
edir.
9. Ekspert Komissiyasının səlahiyyətləri,
fəaliyyət qaydası və tərkibi, onun fəaliyyətinə
cəlb edilən ekspertlərə dair tələblər,
ekspertlərin hüquq və vəzifələri, habelə
dövlət ekoloji ekspertizasının həyata keçirilməsinə
beynəlxalq ekspertlərin cəlb edilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən
Əsasnamə ilə tənzimlənir.
10. Sifarişçi dövlət ekoloji
ekspertizasının keçirilməsi üçün
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə
tutulmuş qaydada ərizə təqdim edir. Ərizəyə
aşağıdakı sənədlər əlavə edilir
(müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) özü həmin sənədlər barədə
məlumatları “Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində
göstərilən qaydada əldə edə bilmədikdə):
10.1. ərizəçi
fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin
surəti;
10.2. ərizəçi
fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti
və vergi ödəyicisi kimi uçota alınması
haqqında şəhadətnamənin surəti;
10.3. ərizəçi
hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi
olduqda, hüquqi şəxslərin dövlət reyestrindən
çıxarışın surəti və vergi ödəyicisi
kimi uçota alınması haqqında şəhadətnamənin
surəti;
10.4. ərizədə
qeyd olunan obyektin üzərində ərizəçinin
mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq
edən sənədin surəti (əgər obyektin dövlət
ekoloji ekspertizasının keçirilməsi istənilirsə);
10.5. torpaq sahəsindən
mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq
edən sənəd;
10.6. dövlət
ekoloji ekspertizasının maliyyələşdirilməsini təsdiq
edən sənəd;
10.7. nəzərdə
tutulan fəaliyyəti barədə məlumat (hər bir
istehsalat və xidmət sahəsi göstərilməklə);
10.8. istifadə olunan
avadanlıqların texniki sənədləri;
10.9. istehsalatda istifadə
olunan əsas və köməkçi xammal növləri barədə
məlumat;
10.10. istifadə olunan enerji
növləri barədə məlumat;
10.11. müəssisədə
su təchizatı və tullantı sularının
axıdılması barədə məlumat (texniki şərt);
10.12. əmələ gələn
tullantıların idarə olunması, o cümlədən
istehsalat tullantılarının təkrar istifadəsinin
mümkünlüyü və həcmi barədə məlumat;
10.13. dövlət
ekoloji ekspertizası obyektləri üçün layihə sənədlərin
hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə
və ya layihənin ümumi smeta dəyərinə dair sənəd
(müqavilə);
10.14. ərazidə
aparılmış mühəndisi-geoloji işlərin hesabatı.
11. Dövlət ekoloji ekspertizası bu
qanunun 54-cü maddəsinin birinci hissəsinin 2-ci bəndində
göstərilən ƏMTQ sənədlərinə və
8-ci bəndində göstərilən ekoloji ekspertiza obyektlərinə
münasibətdə həyata keçirildikdə bu hissənin
10.2-10.10-cu bəndlərində nəzərdə tutulan sənədlər
və məlumatların təqdim edilməsi tələb
olunmur.”.
12. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) dövlət
ekoloji ekspertizasının təşkili və həyata
keçirilməsi, habelə ekoloji ekspertiza rəyinin verilməsi
zamanı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikası Qanununun, bu qanunun və ətraf mühitin
mühafizəsi ilə bağlı digər normativ hüquqi
aktların tələblərinə riayət olunmasına nəzarəti
təmin edir.”.
15. 53-cü maddə ləğv edilsin.
16. 54-cü maddə üzrə:
16.1. 1-ci bənddə “proqramların layihələri”
sözləri “strateji sənədlərin layihələrinə
dair strateji ekoloji qiymətləndirmə (SEQ) sənədləri”
sözləri ilə əvəz edilsin;
16.2. 2-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“istehsal, sosial, ticarət, ictimai iaşə
və digər xidmət obyektləri, infrastruktur obyektləri və
komplekslərinin layihələri, onların konservasiyası, ləğv
olunması, yeni texnika ilə təchiz edilməsi və
genişləndirilməsi üzrə layihələr,
texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf
mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) və
transsərhəd konteksdə ətraf mühitə təsirin
qiymətləndirilməsi sənədləri;”;
16.3. 3-cü bənddə “başqa ölkələrdən
idxal edilməsinə” sözləri “idxalına və
ixracına” sözləri ilə əvəz edilsin;
16.4. 4-cü bənddə “haqqında təlimat-metodik
və normativ-texniki sənədlərin” sözləri “sahəsində
metodiki təlimatların və texniki normativ hüquqi
aktların” sözləri ilə əvəz edilsin;
16.5. 5-ci və 6-cı bəndlər
aşağıdakı redaksiyada verilsin:
“5. ərazilərin
kompleks ekoloji-tədqiqat materialları, ərazilərə
xüsusi mühafizə statusunun verilməsi, ekoloji fəlakət
zonalarının və fövqəladə ekoloji vəziyyətin
elan olunmasının əsaslandırılması sənədləri,
habelə həmin ərazilərin bərpası proqramları;
6. regionların,
ayrı-ayrı ərazilərin və təbiət komplekslərinin
ekoloji vəziyyətinə dair sənədlər;”;
16.6. 7-ci bənddə “təbii resurslardan”
sözləri “təbiətdən (təbii ehtiyatlardan)”
sözləri ilə, “layihələrinin ekoloji bölmələri”
sözləri “və razılaşmaların layihələri”
sözləri ilə əvəz edilsin;
16.7. 7-ci bəndin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda 8-ci bənd əlavə
edilsin:
“8. müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilən hallarda
tikinti layihələrinin ekologiya bölməsi.”.
17. 55-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“Maddə 55. Sifarişçinin və
planlaşdırıcı orqanın vəzifələri
1. Sifarişçinin və
planlaşdırıcı orqanın vəzifələri
aşağıdakılardır:
1.1. dövlət ekoloji
ekspertiza obyektlərinə dair sənədləri bu qanuna və
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq tərtib etmək və vaxtında dövlət ekoloji
ekspertizasına təqdim etmək;
1.2. dövlət ekoloji
ekspertizasının həyata keçirilməsi
üçün zəruri olan əlavə məlumatları
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) təqdim etmək;
1.3. dövlət ekoloji
ekspertizasının həyata keçirilməsini bu qanunla
müəyyən edilən qaydada maliyyələşdirmək;
1.4. dövlət ekoloji
ekspertizasının həyata keçirilməsi zamanı elmi
tədqiqat və axtarış işlərinin (əlavə
axtarışlar, nəzarət ölçmələri,
sınaq nümunələrinin götürülməsi,
analizi və sair) aparılması tələb olunduqda, həmin
işləri maliyyələşdirmək və onların həyata
keçirilməsini təmin etmək.”.
18. 56-cı maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
“1. Dövlət ekoloji ekspertizasının
maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada dövlət büdcəsi və
sənədlərin sifarişçisinin vəsaiti hesabına
həyata keçirilir.
2. Bu qanunun 54-cü maddəsi ilə müəyyən
edilən dövlət ekoloji ekspertizası obyektləri üzrə
layihələrin həyata keçirilməsinə və maliyyələşdirilməsinə
yalnız ekoloji ekspertiza rəyi olduqda yol verilir.”.
19. 57-ci və 58-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“Maddə 57. Dövlət ekoloji ekspertizasının rəyi
1. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
ekoloji ekspertiza obyekti üzrə layihələrin həyata
keçirilməsinin mümkünlüyü və ətraf
mühitə təsirlərin yol verilə bilən həddi barədə
əsaslı nəticələrdən ibarət ekoloji
ekspertiza rəyi verir.
2. Ekoloji ekspertiza rəyi “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada 5 (beş) il müddətinə verilir.
3. Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) verdiyi ekoloji ekspertiza
rəylərinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikası Qanununun 6.3.2-ci maddəsinə uyğun olaraq
reyestrini aparır, onların rəsmi internet səhifəsində
yerləşdirilməsini, habelə sifarişçiyə və
aidiyyəti dövlət orqanlarına göndərilməsini
təmin edir.
4. Ekoloji ekspertiza rəyinin ləğvi, bərpası,
dayandırılması və dublikatının verilməsi
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada həyata
keçirilir.
5. Ekoloji ekspertiza rəyi “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikası Qanununun
23.1.1-ci və 23.1.2-ci maddələrində göstərilənlərlə
yanaşı, aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:
5.1. şəxsin
soyadı, adı, atasının adı dəyişdikdə;
5.2. ekoloji ekspertiza sənədlərində
dəyişikliklər edildikdə;
5.3. ətraf mühitin
mühafizəsi sahəsində normativ və texniki normativ
hüquqi aktlarda müəyyən edilmiş ekoloji tələblər
dəyişdikdə;
5.4. rəyin qüvvədə
olma müddəti başa çatdıqda.
Maddə 58. İctimai ekoloji ekspertizaya dair tələblər
1. İctimai ekoloji ekspertiza dövlət
ekoloji ekspertizasının həyata keçirilməsindən
asılı olmayaraq, ictimai ekoloji ekspertizanın təşkilatçılarının
təşəbbüsü ilə təşkil olunur və həyata
keçirilir.
2. İctimai ekoloji ekspertizanın
aparılması qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
3. İctimai ekoloji ekspertiza dövlət
ekoloji ekspertizasından əvvəl və ya onunla eyni vaxta
keçirilir.
4. İctimai ekoloji ekspertizanın təşkilatçıları
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanı (qurumu) və bələdiyyəni ictimai ekoloji
ekspertizanın keçirilməsinə 5 (beş)
gün qalmış bu barədə yazılı məlumatlandırmalıdır.
5. Ekoloji ekspertiza obyektləri “Dövlət
sirri haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara
və ya qanunla qorunan digər məlumatlara aid edildikdə
ictimai ekoloji ekspertizanın keçirilməsinə yol verilmir
və bu barədə ictimai ekoloji ekspertizanın təşkilatçılarına
məlumat verilir.
6. İctimai ekoloji ekspertiza rəyi
tövsiyə xarakteri daşıyır.
7. İctimai ekoloji ekspertiza rəyi onun təşkilatçıları
tərəfindən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma), bələdiyyəyə,
planlaşdırıcı orqana və sifarişçiyə təqdim
edilir, habelə kütləvi informasiya vasitələri ilə
ictimaiyyətə çatdırılır.”.
20. Aşağıdakı məzmunda
58-1-ci maddə əlavə edilsin:
“Maddə 58-1. İctimai ekoloji ekspertiza sahəsində
ictimai ekoloji ekspertizanın təşkilatçılarının
vəzifələri və hüquqları
1. İctimai ekoloji ekspertiza sahəsində
ictimai ekoloji ekspertizanın təşkilatçılarının
vəzifələri aşağıdakılardır:
1.1. ictimai ekoloji
ekspertizanın həyata keçirilməsi zamanı bu qanunun tələblərinə
riayət etmək;
1.2. ictimai ekoloji
ekspertizanın nəticələri barədə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma), bələdiyyəyə, planlaşdırıcı
orqana və sifarişçiyə məlumat vermək.
2. İctimai ekoloji ekspertiza sahəsində
ictimai ekoloji ekspertizanın təşkilatçıları
aşağıdakı hüquqlara malikdirlər:
2.1. ekoloji
ekspertizanın obyektinə dair sənədləri tam həcmdə
almaq;
2.2. ekoloji
ekspertizanın keçirilməsinə dair tələbləri
müəyyən edən normativ hüquqi aktlarla, habelə
texniki normativ hüquqi aktlarla tanış olmaq;
2.3.
ekoloji cəhətdən zərərli obyektlərin yerləşdirilməsinə,
tikintisinə və istismarına dair qərarların ləğv
edilməsi, onların fəaliyyətinin məhdudlaşdırılması,
dayandırılması və ya dəyişdirilməsi barədə
aidiyyəti qurumlara müraciət etmək.”.
21. 71-ci maddə
üzrə:
21.1.
2.3-cü bənddə “xüsusi icazənin” sözləri
“lisenziyanın və icazənin” sözləri ilə,
“xüsusi icazələrinin” sözləri “lisenziyaların və
icazələrin” sözləri ilə, “onlara xitam vermək barədə
vəsatət qaldırmaq” sözləri “onların
dayandırılması və ya ləğvi barədə
qərar qəbul etmək” sözləri ilə əvəz
edilsin;
21.2.
2.7-ci bənddə “məhdudlaşdırılması və ya
bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət
qaldırmaq” sözləri “dayandırılması və ya
qadağan edilməsi barədə qərar qəbul etmək”
sözləri ilə əvəz edilsin;
21.3.
üçüncü hissədə “tabeçilik və ya”
sözləri “inzibati və” sözləri ilə əvəz
edilsin.
22. 76-cı
maddə üzrə:
22.1. 1-ci hissədə
“xüsusi icazəyə” sözləri “Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq alınmış
akkreditasiya attestatına” sözləri ilə əvəz
edilsin;
22.2. 2-ci hissədə
“xüsusi icazə” sözləri “akkreditasiya attestatı”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2018-ci il
Azərbaycan.-
2018.-8 iyul.- S.3.