ATƏT PA-nın sessiyasında Azərbaycanda
keçirilmiş prezident
seçkiləri müzakirə olunub
ATƏT Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin rəhbəri, Milli Məclisin
sədr müavini Bahar Muradova təşkilatın Daimi Komitəsinin
iclasındakı çıxışında ATƏT-in
müşahidə missiyasının xüsusi əlaqələndiricisi
Nilza de Senanın hesabatına cavab olaraq, bəzi
strukturların Azərbaycanda keçirilmiş prezident
seçkilərinə münasibətdə qərəzli və
subyektiv mövqeyinə diqqət çəkib. O,
xüsusi əlaqələndiricinin tənqidi
fikirlərini şişirdilmiş
adlandırıb və qeyd edib
ki, seçkilər şəffaflıq
şəraitində keçirilib, vətəndaşların
bütün konstitusion
hüquqları tam olaraq
təmin edilib, namizədlərə isə
qanunvericilik çərçivəsində
hər cür şərait
yaradılıb.
Bahar Muradova deyib: “Təbii ki, heç bir ölkədə seçkilər hər
hansı kiçik pozuntular
olmadan keçirilmir.
Azərbaycan da istisna deyil, lakin qeydə
alınmış kiçik pozuntuların
heç biri səsvermənin
yekun nəticəsinə təsir edə
bilməz”.
Nümayəndə
heyətinin rəhbəri həmkarlarını əmin edib ki, Azərbaycanda konstruktiv dialoqa
hazırdırlar və obyektiv tənqidə
hər zaman müsbət yanaşırlar.
Lakin selektiv və qərəzli
qiymət verilməsi tərəqqiyə kömək etmir.
ATƏT
PA-nın prezidenti Georgi
Tsereteli, öz
növbəsində, konstruktiv mövqeyinə
görə Azərbaycan nümayəndə heyətinə təşəkkürünü
bildirib və gələcəkdə də
Azərbaycanda seçki prosesinin
təkmilləşdirilməsini arzulayıb.
AZƏRTAC
Azərbaycan.- 2018.-8 iyul.- S.4.