Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının 90 illiyi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2018-ci ilin noyabr ayında Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının yaradılmasının
90 illiyi tamam olur.
Mütərəqqi ideyalı səhnə əsərləri
ilə gənc nəslin bədii-estetik zövqünün
formalaşmasında və yüksək əxlaqi-mənəvi
dəyərlərin aşılanmasında mühüm rol
oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı Azərbaycanın teatr tarixində layiqli yer tutur. Uzun
illər ölkənin görkəmli mədəniyyət və
incəsənət xadimləri bu teatrla sıx
yaradıcılıq əlaqələri saxlamışlar. Zəngin
təcrübəyə malik olub, uğurlu fəaliyyəti sayəsində
sənətsevərlərin böyük rəğbətini
qazanmış Dövlət Gənc Tamaşaçılar
Teatrı beynəlxalq festivallardakı
çıxışları ilə müasir Azərbaycanın
mədəni nailiyyətlərinin təbliğində
yaxından iştirak edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq ölkədə
teatr sənətinin inkişafına töhfələr
vermiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının yaranmasının 90-cı
ildönümünün qeyd olunmasını təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr
olunmuş tədbirlər planını hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 iyul 2018-ci il
Azərbaycan.
- 2018.-10 iyul.- S.5.