ATƏT
PA-nın "İpək yoluna dəstək
qrupu"nun
iclasında mühüm qərarlar qəbul
edilib
İyulun 8-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı Parlament
Assambleyasının (ATƏT PA) 27-ci illik
sessiyası çərçivəsində "İpək yoluna dəstək qrupu"nun (Silk Road
Support Group — SRSP)
iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, bu
qrupda sədrlik edən, ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin
deputatı Azay Quliyev giriş nitqində toplaşanları qrupun yaradılmasının bir
ilinin tamam olması
münasibətilə təbik edib. "Bir il əvvəl
Minskdə 17 dövlətdən olan deputatlar "İpək yoluna
dəstək qrupu"nu
yaratdı, bu gün
isə sayımız 22-dir", - deyə məmnunluqla bildirən
Azay Quliyev məlumat verib ki, gündəlikdə,
həmçinin 23-cü namizədin – Fransanın SRSP-ə qəbul
edilməsi ərizəsinə baxılması dayanır.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının (QDİƏT
PA) baş katibi Asəf
Hacıyev iştirakçılara QDİƏT PA-ya
ATƏT PA-da müşahidəçi statusu verildiyini bildirib. O, Böyük
İpək yolunun bərpasında Qara dəniz iqtisadi regionunun və əksinə, bu
marşrutun Qara dəniz
regionunun gələcək iqtisadi
inkişafında mühüm rolunu vurğulayıb.
Qrup təşkilati
məsələlərə baxaraq,
Fransanı öz sıralarına qəbul
edib, habelə iki sədr
müavini seçib -
bunlar Avstriya
deputatı Roman Hayder
və ATƏT PA-nın birinci komitəsinin
sədri, İsveçrədən olan deputat Filippo Lombardidir.
Çıxış
edənlər İpək yolunun təkcə
coğrafi baxımdan əhatə etdiyi dövlətlər arasında iqtisadi əlaqələrin inkişafında deyil, həm də bütün
ATƏT məkanında sülh və
etimadın möhkəmlənməsində əvəzolunmaz əhəmiyyətini
qeyd ediblər. "Bu, sadəcə dəmir yolu,
sadəcə konteynerlər və yüklər deyildir,
ATƏT-in əsasını təşkil edən məqsədləri
– sülhü və təhlükəsizliyi
möhkəmləndirən amildir", -
deyə ATƏT PA-nın prezidenti Georgi Sereteli bildirib.
İştirakçılar qrupun sədrinin bu təşkilatın
fəaliyyəti barədə məruzəsini dinləyib və
bəyəniblər.
ATƏT PA-da
Belarus nümayəndə heyətinin rəhbəri
Boleslav Pirştuk SRSP-nin növbəti konfransının 2019-cu ilin yazında Minskdə keçiriləcəyini
elan edib. Minskdən
sonrakı deputat qrupunun
növbəti konfransına İsveçrə ev
sahibliyi edəcək.
Azərbaycan.- 2018.-10 iyul.- S.6.