ADA Universitetində XII
Bakı Yay Enerji Məktəbi keçirilir
İyulun 9-da ADA Universitetində
XII Bakı Yay Enerji Məktəbinin açılışı olub. Bu ali təhsil
ocağının Xəzər
Enerji və Ətraf Mühit Mərkəzinin, SOCAR-ın
və “BP Azerbaijan”ın
dəstəyi ilə keçirilən illik Yay Enerji Məktəbi
iyulun 21-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, XII Bakı
Yay Enerji Məktəbinin açılış
mərasimində çıxış
edən ADA Universitetinin
rektoru, professor Hafiz Paşayev
bildirib ki, ADA Universitetində ənənəvi
olaraq XII Yay Enerji Məktəbi keçirilir. Bu yay
məktəbi SOCAR ilə
birgə təşkil
edilir. Bakı Yay Enerji Məktəbi ADA Universitetinin
həyata keçirdiyi
ilk təlim proqramlarından
biridir. Təlim proqramının məqsədi Azərbaycanın
qlobal səhnədə
mahiyyəti və yerini tanıtdırmaq, bölgənin enerji sənayesi barədə biliyi olan ekspertlərin
sayını artırmaqdır.
H.Paşayev qeyd edib ki, ADA Universitetinin artıq brend proqramına çevrilən
Bakı Yay Enerji Məktəbi bu il 12 ölkədən
– ABŞ, Türkiyə, Böyük
Britaniya, Estoniya, Latviya, Niderland, İordaniya, İsrail və digər ölkələr olmaqla 35
iştirakçı cəlb
edib. İki həftə ərzində
məktəb iştirakçıları
Azərbaycanın və
Xəzəryanı dövlətlərin
enerji siyasəti ilə bağlı yüksək səviyyəli
rəsmilər və nüfuzlu təhlilçilərdən
ibarət ekspert qrupunun mühazirələrini
dinləyəcək, enerji
sahəsində fundamental anlayışlar
və terminlər, hüquqi baza, neft və qaz
hasilatının Xəzəryanı
bölgənin beynəlxalq
münasibətlərinə, eləcə də ətraf mühitə təsiri, təbii resursların səmərəli
idarəedilməsi kimi
vacib mövzuları əhatə edəcək,
əldə etdikləri
biliklərini interaktiv
məşğələlər üçün istifadə
edəcəklər. Regionda həyata
keçirilən böyük
enerji layihələri
barədə məktəb
iştirakçılarına məlumat veriləcək.
Qeyd olunub ki, XII Bakı Yay Enerji
Məktəbinə ənənəvi
olaraq ABŞ-ın
Texas ştatından “A&M” universitetindən 10 tələbədən
ibarət qrup qoşulub.
Həmçinin H.Paşayev XII Yay Enerji Məktəbinin
iştirakçılarına ADA Universiteti barədə məlumat verib.
Yay Enerji məktəbinin iştirakçılarını salamlayan SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft siyasətinin tarixi, “Əsrin müqaviləsi”nə aparan
yol, həyata keçirilən transmilli neft və qaz
layihələri barədə
ətraflı məlumat
verib, universitetin tələbələrini iyulun
9-da qeyd olunan Diplomatik xidmət günü münasibətilə
təbrik edib.
Akademik bildirib ki, Azərbaycanın proqnozlaşdırılan
təbii qaz ehtiyatı 3,4 trilyon kubmetr, xam neft ehtiyatı
isə 2 milyard tondur. Hazırda ölkədə 2,5 trilyon kubmetr dəqiqləşdirilmiş çıxarıla
bilən qaz, 1,5 milyard ton çıxarıla
bilən neft-kondensat ehtiyatı var.
“Artıq 19-cu ildir ki, “Azəri-Çıraq-Günəşli”
layihəsinin iştirakçıları
mənfəət neftindən
gəlir əldə edirlər. 2018-ci il yanvarın
1-dək dünya bazarında
Azərbaycanın payına
düşən 250,7 milyon ton mənfəət
nefti satılıb ki, bu da
AÇG-dən hasil edilmiş bütün neftin 55 faizini təşkil edir. 2006-cı ilin mayından
böyük həcmdə
Azərbaycan neftini Avropaya və dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru
kəməri də “Əsrin müqaviləsi” sayəsində meydana gəldi. Bu kəmər
ulu öndər Heydər Əliyevin ikinci şah əsəridir. Azərbaycan, Gürcüstan və Türkiyənin ərazilərindən
keçib, birbaşa Aralıq dənizinə çıxan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru
kəməri layihəsinin
də bir vaxtlar əleyhinə çıxanlar, onun çəkilməsini istəməyənlər
vardı. Amma indi baxın: 2018-ci il yanvarın 1-dək dünya bazarına 466,7 milyon ton neft çıxarılıb ki,
bunun da 350 milyon tona qədəri
Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib,” – deyə X.Yusifzadə bildirib.
TAP və TANAP layihələrindən
danışan X.Yusifzadə
bildirib ki, TANAP-ın inşası bu il,
TAP-ın tikintisi isə 2019-cu ildə qurtaracaq. İlkin mərhələdə “Cənub Qaz Dəhlizi” ilə ildə 16 milyard kubmetr “Şahdəniz” qazı ixrac ediləcək. Bunun 6 milyard
kubmetri Türkiyəyə,
10 milyard kubmetri isə Avropa ölkələrinə veriləcək.
Cənub
Qaz Dəhlizinin nəqletmə gücü
sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq.
Qeyd edək ki, Bakı Yay
Enerji Məktəbi sənayeyə aid məsələləri
təhlil etmək üçün dünyanın
tanınmış alim,
mütəxəssis və
siyasətçilərini bir
araya gətirir. İştirakçılar
enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və
SOCAR-ın inkişaf strategiyasına dair məsələlərlə geniş
tanış olurlar. Həmçinin Bakı Yay Enerji Məktəbi dünyanın müxtəlif
ölkələrindən olan
dövlət və fərdi neft şirkətlərinin rəhbərləri
ilə görüşmək
və əlaqə qurmaqda böyük imkanlar yaradır. Yay məktəbində Azərbaycanın xarici işlər, energetika, ekologiya və təbii sərvətlər
nazirləri ilə yanaşı, “TAP”, “BP”, “ExxonMobil”, “Total”,
“Statoil” və digər
neft şirkətlərinin
yüksəkvəzifəli şəxsləri çıxış
edirlər. Təlimçilərin siyahısı Oksford
Universiteti, Sciences-Po, Prinston
Universiteti, Rusiya Elmlər Akademiyası və dünyanın digər aparıcı elm mərkəzlərinin görkəmli
mütəxəssisləri ilə tamamlanır.
Proqramı uğurla bitirənlər sertifikatlarla
təltif olunacaqlar.
Azərbaycan.- 2018.-10 iyul.- S.8.