Yohan N.Şnayder-Ammann: “Azərbaycanda özümüzü evinmizdəki kimi hiss edirik”
Azərbaycanda səfərdə olan İsveçrə
Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər,
Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri
Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə
heyəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində
tikilən İsveçrə investisiyalı inşaat kimyəviləri
zavodu ilə tanış olub.
AZƏRTAC xəbər
verir ki, bununla bağlı Sumqayıt Kimya
Sənaye Parkında keçirilmiş tədbirdə
iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycanda
dövlət başçısının rəhbərliyi ilə
ardıcıl islahatlar, biznes
və investisiya mühitinin
davamlı olaraq
yaxşılaşdırılması tədbirləri həyata keçirilir. İndiyədək Azərbaycan
iqtisadiyyatına 250 milyard ABŞ
dolları yatırıldığını diqqətə
çatdıran iqtisadiyyat naziri
bunun yarısını xarici
investisiyaların təşkil etdiyini
vurğulayıb. Nazir qeyd
edib ki, Azərbaycanda
yaradılmış əlverişli biznes
və investisiya mühiti
beynəlxalq hesabatlarda da
əksini tapır. Dünya Bankı tərəfindən
hazırlanan “Doing Business
2018” hesabatında Azərbaycan 57-ci yerə yüksəlib. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal
Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək
35-ci yerdə qərarlaşıb.
Sumqayıt Kimya
Sənaye Parkının ərazisində tikilən inşaat kimyəviləri zavodunun
inşası də ölkəmizin əlverişli biznes və investisiya mühitinin bir nümunəsidir.
Nazır qeyd edib ki,
5 il öncə burada
köhnə zavodlar var
idi. 500 hektara yaxın
ərazi təhlükəli tullantılardan təmizlənməklə
dövlət vəsaiti hesabına infrastruktur
yaradıldı və Sumqayıt Kimya Sənaye
Parkına rezidentlər cəlb edilməsinə
başlandı. Hazırda Sənaye Parkının
17 rezidentı var, 7 müəssisə
artıq fəaliyyət göstərir, daha
7 müəssisə isə bu ilin sonunadək fəaliyyətə başlayacaq.
Sumqayıt Kimya
Sənaye Parkının rezidentləri 7 il
müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika,
texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan
azaddır. Bütün bunlar
isə investisiya layihələrini daha səmərəli edir.
İqtisadiyyat naziri vurğulayıb ki,
Azərbaycanda siyasi, iqtisadi-maliyyə sabitliyinin nəticəsi olaraq
xarici investorların ölkəmizə
marağı artır. Bütün bunlar isə Azərbaycanda müasir
müəssisələrin yaradılmasına geniş
imkanlar açır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində
İsveçrə kapitalı ilə tikilən inşaat kimyəviləri zavodu
da Azərbaycandakı əlverişli biznes və investisiya mühitinin bir nümunəsidir.
Zavoda 3,5 milyon dollar sərmayə qoyulub. Bunun əsasında 60 iş yeri yaradılıb.
Müəssisədə istehsal olunan
məhsullar daxili bazarı təmin etməklə yanaşı,
xarici ölkələrə
də ixrac olunacaq.
Azərbaycanda səfərdə olan
İsveçrə Konfederasiyasının
Federal müşaviri, İqtisadi
Məsələlər, Təhsil
və Tədqiqatlar üzrə Federal Departamentin
rəhbəri Yohan N.Şnayder-Ammann diqqətə
çatdırıb ki,
SIKA şirkəti 2005-ci ildən
Azərbaycanda fəaliyyət
göstərir. İstehsal
sahəsinin yaradılması
isə xüsusilə
önəmlidir: “Azərbaycanda
özümüzü evimizdəki
kimi hiss edirik. Burada çox maraqlı gün yaşadıq.
Fəxrlə qeyd edirəm
ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyasında
iştirak edirik”.
Federal müşavir investorlar üçün
yaradılan əlverişli
şəraitə görə
Azərbaycan hökumətinə
təşəkkürünü bildirib. Müəssisənin fəaliyyəti ilə
Azərbaycanın analoji
məhsullara olan tələbatı ödəniləcək
və idxaldan asılılıq azalacaq.
Sonra SIKA şirkətinin fəaliyyəti barədə
videoçarx nümayış
olunub və təqdimat keçirilib.
İsveçrə nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” müəssisəsində
də olub.
Azərbaycan.- 2018.-10 iyul.- S.8.