“Bədən
tərbiyəsi və idman haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər tutaraq qərara
alır:
“Bədən
tərbiyəsi və idman haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 613; 2010, ¹ 6, maddə
489; 2011, ¹ 2, maddə 71; 2013, ¹ 11, maddə 1281; 2014, ¹ 4, maddə
340; 2015, ¹ 5, maddə 507; 2016, ¹ 3, maddə 420, ¹ 12, maddə
2021;
2017, ¹ 1, maddə 11, ¹ 7, maddə 1272)
aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda
8.0.6-1-ci və 8.0.6-2-ci maddələr əlavə edilsin:
“8.0.6-1. milli
antidopinq qurumu;
8.0.6-2. “İdmanda dopinq vasitələrindən
və üsullarından istifadəyə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan
səlahiyyətlərin həyata keçirilməsi məqsədi
ilə yaradılmış intizam qurumu, apelyasiya qurumu və terapevtik istifadəyə
icazə qurumu;”.
2. Aşağıdakı məzmunda
12-1-ci maddə əlavə edilsin:
“Maddə
12-1. Milli antidopinq qurumu
12-1.1. Milli antidopinq qurumu idmanda dopinq vasitələrindən və
üsullarından istifadəyə qarşı mübarizə
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurumdur.
12-1.2. Milli antidopinq
qurumu öz fəaliyyətini
bu qanun, “İdmanda dopinq vasitələrindən
və üsullarından istifadəyə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, Ümumdünya Antidopinq Məcəlləsi, beynəlxalq standartlar, habelə onun vəzifələrini
və hüquqlarını müəyyən edən digər normativ hüquqi aktlar, qaydalar və nizamnaməsi əsasında həyata
keçirir.”.
3. Aşağıdakı məzmunda
42.2.4-1-ci maddə əlavə edilsin:
“42.2.4-1. milli
antidopinq qurumunun təsdiq
etdiyi antidopinq
qaydalarına riayət etmək;”.
4. Aşağıdakı məzmunda
43.2.3-1-ci maddə əlavə edilsin:
“43.2.3-1. milli
antidopinq qurumunun təsdiq
etdiyi antidopinq
qaydalarına riayət etmək;”.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun
2018-ci il
Azərbaycan.- 2018.-8 iyul.- S.9.