“Notariat haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
5-ci bəndini rəhbər tutaraq qərara
alır:
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №
1, maddə 10, № 6, maddə 414; 2001, № 5, maddə 293, № 11, maddə
687, № 12, maddə 740; 2002, № 5, maddə 241, № 6, maddə 328, №
12, maddə 706; 2004, № 5, maddə 318; 2005, № 4, maddə 281, № 8,
maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, №
11, maddələr 1053, 1075; 2008, № 6, maddə 462, № 7, maddə
602; 2009, № 1, maddə 5, № 7, maddə 517, № 11, maddə 878; 2010,
№ 7, maddə 597, № 11, maddə 938; 2011, № 4, maddə 258, № 12,
maddə 1098; 2012, № 10, maddə 946; 2013, №
11, maddə 1271; 2014, № 11, maddə 1353; 2015, № 5, maddə 487;
2016, № 1, maddə 11, № 7, maddə 1243, № 12, maddə 2025; 2017, №
2, maddə 148, № 12 (I kitab), maddə 2236)
64-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Notarius və ya qanunla müəyyən edilmiş
hallarda bu cür notariat hərəkəti
etməyə hüququ çatan
digər vəzifəli şəxslər elektron
informasiya sistemləri və ya ehtiyatları, o cümlədən
internet informasiya
ehtiyatları vasitəsilə əldə edilmiş
məlumat və ya sənədlərin surətlərinin
düzgünlüyünü təsdiq
edirlər.”.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
Azərbaycan.- 2018.-8 iyul.- S.9.