“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə 3; 2015, ¹ 11, maddə 1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə 1766; 2017, ¹ 2, maddə 145, ¹ 5, maddə 691, ¹ 7, maddələr 1277, 1300; 2017, ¹ 12, I kitab, maddə 2200) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci maddədə “bu qanundan,” sözlərindən sonra “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.

2. 18.3-cü maddədə “üç yaşdan başlayır” sözləri “1-6 yaşlı uşaqları əhatə edir” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 18.7-ci maddə əlavə edilsin:

“18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu qanun və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2018-ci il

 

Azərbaycan. - 2018.-8 iyul.- S.9.