“İdmanda dopinq vasitələrindən
və üsullarından istifadəyə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər tutaraq qərara
alır:
“İdmanda dopinq vasitələrindən
və üsullarından istifadəyə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, №
12, maddə 2041) aşağıdakı məzmunda 7.0.12-1-ci
maddə əlavə edilsin:
“7.0.12-1. idmanda
dopinqdən istifadənin qarşısının
alınması, habelə qadağan olunmuş dopinq vasitələrinin
qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə
məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata
keçirmək;”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
12 iyun 2018-ci il
Azərbaycan.-
2018.-8 iyul.- S.9.