“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1192-VQD nömrəli Qanununun
tətbiqi və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 27
avqust tarixli 147
nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq,
“Bədən tərbiyəsi və idman
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 12 iyun tarixli 1192-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
“Bədən tərbiyəsi və idman
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. idmanda dopinq vasitələrindən və
üsullarından istifadəyə qarşı mübarizənin
gücləndirilməsi, o cümlədən
idmanda dopinq vasitələrindən
və üsullarından istifadəyə görə məsuliyyətin
sərtləşdirilməsi ilə
bağlı təkliflərini üç
ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin qanundan
irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Bədən tərbiyəsi
və idman haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Bədən tərbiyəsi
və idman haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 623; 2015, ¹ 8, maddə
909; 2016, ¹ 7, maddə 1254, ¹ 10, maddə
1645; 2017, ¹ 12 (I kitab), maddə 2296; Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli
134 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.2-ci bənddə
“10.3-cü maddəsinin ikinci cümləsində,”
sözlərindən sonra “12-1.1-ci,”
sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda
2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. həmin qanunun
12-1.1-ci maddəsində qurum dedikdə Azərbaycan
Milli Antidopinq Agentliyi nəzərdə tutulur.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 iyul 2018-ci il
Azərbaycan.-
2018.-10 iyul.- S.9.