Ulu öndərin xatirəsinə böyük ehtiram
Azərbaycan
Respublikasında rəsmi səfərdə olan Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
iyulun 10-da Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər
Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı
önünə əklil qoyub.
AZƏRTAC
xəbər verir ki,
görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər
güllər düzülüb.
Ali qonaq
görkəmli dövlət xadimi Əziz
Əliyevin və tanınmış həkim, alim
Tamerlan Əliyevin məzarları
üstünə də gül dəstələri
qoyub.
Azərbaycan.- 2018.-11 iyul.- S.1.