Rəsmi
qarşılanma mərasimi
İyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə
gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi
olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət
bayraqlarının dalğalandığı meydanda
Türkiyə Prezidentinin şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti
İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanı qarşıladı.
Fəxri qarovul
dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident
Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından
keçdilər.
Türkiyə Prezidenti
Azərbaycan əsgərlərini salamladı.
Türkiyə
Respublikasının və Azərbaycan Respublikasının
dövlət himnləri səsləndi.
Azərbaycan
Respublikasının dövlət və hökumət nümayəndələri
Prezident Rəcəb Tayyib
Ərdoğana, Türkiyə nümayəndə heyətinin
üzvləri Prezident İlham
Əliyevə təqdim olundu.
Fəxri qarovul
dəstəsi hərbi marşın sədaları altında
dövlət başçılarının
qarşısından keçdi.
Azərbaycan və Türkiyə
prezidentləri rəsmi foto çəkdirdilər.
Azərbaycan.- 2018.-11 iyul.- S.2.