Azərbaycan
və Türkiyə prezidentlərinin təkbətək görüşü
İyulun 10-da rəsmi qarşılanma mərasimindən
sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan ilə təkbətək
görüşü olub.
AZƏRTAC xəbər
verir ki,
görüşdə Azərbaycan ilə Türkiyə
arasında dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə
uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin
bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olundu.
Söhbət zamanı ikitərəfli
münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2018.-11 iyul.- S.2.