Şəhidlərin
xatirəsini ehtiram
İyulun 10-da Azərbaycan
Respublikasına rəsmi səfərə gələn
Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan Şəhidlər
xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada
ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Prezident Rəcəb
Tayyib Ərdoğan Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman
Vətən övladlarının məzarlarını ziyarət
etdi.
Ali qonaq “Əbədi məşəl” abidəsinin
önünə əklil qoydu.
Müdafiə Nazirliyinin
əlahiddə nümunəvi orkestrinin
ifasında Türkiyənin və Azərbaycanın dövlət
himnləri səsləndi.
Bakının ən hündür nöqtəsindən Azərbaycan
paytaxtının mənzərəsini seyr
edən ali qonağa
Şəhidlər xiyabanının tarixi
və paytaxtda görülən
abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Sonra Türkiyə
Prezidenti Şəhidlər xiyabanında
şəhid türk əsgərlərinin
xatirəsinə ucaldılmış abidəni ziyarət edərək
önünə əklil qoydu, şəhidlik
kitabəsinin üstünə gül dəstələri
düzdü.
Ali qonaq Xatirə kitabına ürək sözlərini
yazdı və oxudu: “Əziz şəhidlərimiz,
tarixi 24 iyun
seçkilərindən sonra prezident üsul-idarəsi sisteminin
birinci Prezidenti kimi xatirənizi ehtiramla yad etməkdən böyük
məmnunluq duyuram. Sizin fədakarlığınızdan
aldığımız ilhamla bu günə qədər olduğu
kimi, inşallah, bundan sonra da
Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişafı
və genişlənməsi üçün
mübarizəmizi davam etdirəcəyik.
Ruhunuz şad olsun!”.
Azərbaycan.- 2018.-11 iyul.- S.3.