Rəcəb
Tayyib Ərdoğan: “Qardaşlığımızın
güclənərək davam edəcəyinə
inanıram”
Prezident seçiləndən sonra ilk xarici rəsmi səfərini
iyulun 10-da Azərbaycan Respublikasına edən qardaş
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan AZƏRTAC-a və Azərbaycan Televiziyasına
müsahibə verib.
Prezident Rəcəb
Tayyib Ərdoğan deyib:
“Bildiyiniz kimi, biz bu
qardaşlığımızı “bir
millət, iki dövlət”
anlayışı ilə bu günə qədər
gətirdik. Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin
tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda
prezident seçkilərindən dərhal sonra qardaşım İlham
Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi
Azərbaycana edirik. Bu
qardaşlıq mesajımızı azərbaycanlı
qardaşlarımıza ən güclü
şəkildə çatdırmaq istəyirik.
Bu gün İlham Əliyev
ilə təkbətək görüş
keçirəcəyik. Sonra nümayəndə
heyətləri arasında görüş
olacaq. Ardınca isə mətbuata
açıqlama ilə qarşımızdakı hədəflərimizi
ifadə edəcəyik. Bu
qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük,
bunu TAP-da gördük, bunu
xüsusilə Əliağa neftayırma zavodunda
atılan addımlarda gördük. Bundan sonra bunlar
daha güclü şəkildə
davam edəcək. Mən şəxsən
öz adımdan, millətim adından bütün azərbaycanlı
qardaşlarıma salam, sevgi
və ehtiramımı çatdırıram”.
Azərbaycan.- 2018.-11 iyul.- S.3.