Monqolustanın Prezidenti Zati-aliləri cənab
Xaltmaa Battulqaya
Hörmətli cənab Prezident,
Monqolustanın milli bayramı münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi
qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Monqolustan
arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı bundan sonra da
xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
Monqolustan xalqına daim əmin-amanlıq və tərəqqi
arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 iyul 2018-ci il.
Azərbaycan.-
2018.-11 iyul.- S.3.