“Dövlət torpaq kadastrı, torpaqların monitorinqiyerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqiyerquruluşu haqqında” Azərbaycan Respublikasının QanununuNotariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 873-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqiyerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 157; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 10, maddə 938) 11-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsində.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2018-ci il

 

Azərbaycan.- 2018.-11 iyul.- S.4.