Avropa İttifaqının rəsmiləri
Tvitter hesablarında Prezident
İlham Əliyevin Brüsseldə Donald Tusk ilə görüşü və “Tərəfdaşlıq
prioritetləri” sənədinin paraflanması barədə məlumatlar
yayıblar
Avropa İttifaqının
rəsmiləri Tvitter
hesablarında Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti
Donald Tusk ilə görüşü
və “Tərəfdaşlıq
prioritetləri” sənədinin
paraflanması barədə
məlumatlar yayıblar.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, prezident Donald Tuskun Tvitterində vurğulanır: “Prezident İlham Əliyevlə bizim ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən uğurlu görüş oldu. Görüşdə Azərbaycandakı daxili vəziyyət və regional məsələlər barədə səmərəli müzakirələr keçirildi”.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti xidmətinin mətbuat katibinin Tvitterində aşağıdakı məlumat verilib: “Tərəfdaşlıq prioritetləri” sənədi Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan verib”.
Avropa Komissiyasının Qonşuluq Siyasətinin Baş
Direktorluğunun Tvitterində qeyd edilib: “Avropa
İttifaqı və Azərbaycan birgə daha
güclüdürlər. Bu gün Avropa
İttifaqı və Azərbaycan “Tərəfdaşlıq
prioritetləri” sənədi üzrə
danışıqları başa
çatdırıb, münasibətlər gündəliyinə
yeni təkan verilib”.
Azərbaycan.- 2018.-12 iyul.- S.2.