Azərbaycan bu sınaqdan da üzüağ çıxır

 

Yaxud danışanda, bir görəndə ədalətli vicdanlı olmalıyıq

 

Dünyada, yaxud ölkədə baş verən hər hansı hadisə barədə müxtəlif mənbələrdən məlumat alır, sonra onunla bağlı şəxsi fikrimizi mövqeyimizi müəyyənləşdiririk. Aldığımız informasiyanın dərəcədə həqiqətə uyğunluğundan özümüzün təhlil bacarığımızdan, təcrübəmizdən asılı olaraq mövqeyimiz obyektiv, yaxud qeyri-dəqiq ola bilər.

Gənclər isə adətən hadisələrə ağlın gözündən çox, emosiyalarla baxır, “kütlə psixologiyasıanlamından qiymət verirlər. Sosial şəbəkənin mövcudluğu həmin şəbəkədə konkret hədəfli, xüsusi hazırlıqlı müəyyən niyyətliinformator”ların mövcudluğu şəraitində insanları aldadaraq yanlış yola salmaq xeyli asanlaşıb.

 

Enerji qəzası terror aktı

 

İyul ayının əvvəllərindən bəri Azərbaycanda iki qeyri-adi hadisə baş verdi. Əvvəlcə Mingəçevir İstilik Elektrik Stansiyasındakı qəza ilə əlaqədar ölkədə enerji böhranı yaşandı, nəticədə insanlar istilik, susuzluq, nəqliyyat çətinliyi problemləri ilə üzləşdilər, əziyyət çəkdilər. Sonra isə Gəncədə yüksək ranqlı dövlət məmuruna qarşı terror aktı törədildi.

Hər ikisi gözlənilməz Azərbaycan üçün qeyri-xarakterik haldır!

Hər ikisinə dövlətin müdaxiləsi operativ səriştəli oldu!

Yaranan enerji qıtlığı ilə bağlı hadisəni dövlət başçısı cənab İlham Əliyev dərhal şəxsi nəzarətinə götürdü, Dövlət Komissiyası yaradıldı, çətinliklərin qısa müddətdə aradan qaldırılması istiqamətində təcili təxirəsalınmaz tədbirlər görüldü. Öncə qonşu dövlətlərdən enerji idxalına başlandı, eyni zamanda istehsal müəssisələrinin fəaliyyətinin, əhaliyə su verilişinin nəqliyyat (metro nəzərdə tutulur) çatışmazlığının qaydaya salınması üçün zəruri, effektli addımlar atıldı.

Ölkə Prezidenti Dövlət Komissiyasının təcili iclasını keçirərək baş verən olayı ən sərt obyektiv şəkildə qiymətləndirdi, müvafiq tapşırıqlar göstərişlər verdi. Xalqa çətin vəziyyətdə göstərdiyi səbrə dözümə, daim dövlətinin yanında olmasına görə təşəkkürünü bildirdi.

İqtidarla xalqın bu birliyi yaranmış problemi qısa müddətdə aradan qaldırmaqda, vəziyyəti qaydaya salmaqda əsas amil oldu!

Ardınca Gəncədə icra başçısına qarşı terror aktı həyata keçirildi.

 

Sabitliyi pozmaq cəhdi Gəncəyə yönəldildi

 

Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir.

Gəncə istiqlalımızın doğulduğu, “Azərbaycanqəzetinin ilk nömrəsinin işıq üzü gördüyü şəhərdir.

Gəncə ziyalılar, ölkəmizə görkəmli ictimai-siyasi xadimlər, yazıçı şairlər bəxş etmiş şəhərdir.

Gəncə mədəniyyət, elm ocaqlarının gur yandığı şəhərdir.

Gəncə vətənpərvərlər, dövlətə dövlətçiliyə sadiq, fədakar insanların yaşadığı şəhərdir!

Gəncə həmişə ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi daim qayğı göstərdiyi şəhərdir.

Müstəqillik dövründə, xüsusən son 15 ildə Gəncə görünməmiş sürətlə inkişaf edib, dünyada mədəniyyət, idman, gənclər mərkəzlərindən biri kimi tanınmağa başlayıb.

Əlbəttə, bunu gözü götürməyənlər çoxdur!

Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyənlər , onu asılı dövlətə çevirməyə çalışanlar da kifayət qədərdir. Odur ki, onlar yaranan hər cüzi imkandan belə öz məkrli niyyətlərini həyata keçirmək üçün istifadə etməyə can atırlar!

İcra başçısından, yaxud hər hansı ranqlı məmurdan kimlərinsə narazı olması mümkün adi haldır!

Heç bizim heç birimizdən hamı razı deyil, yaxud hamının bizi sevməsi vacib sayılmır!

Gəncədə Elmar Vəliyevə güllə atılmalı deyildi!

Əfsus ki, bu, baş verdi!

Əfsus ki, heç bir dövlət terror hadisələrindən sığortalanmayıb!

Olana çarə yoxdur - demişlər!

Ancaq düşmənlərimiz bu məqamdan yararlanmaq istəyirlər! Onlar enerji böhranı ilə əlaqədar ölkə paytaxtında iğtişaşlar törətməyə nail ola bilmədilər! Odur ki, ikinci faktdan, terror hadisəsindən istifadə edərək bu niyyətlərini Gəncədə reallaşdırmağa can atdılar!

Şəhərdə iğtişaşlar törədərək sabitliyimizi birliyimizi bir daha sınağa çəkdilər.

 

Polisə əl qaldırmaq bağışlanmaz cinayətdir

 

Biz torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələnən müharibədən keçmişik hələlik atəşkəs dövründə yaşayırıq!

Biz xaos anarxiyanın olduğunu, sabitliyin pozulmasının dövlətə xalqa hansı zərbələr vurduğunu, ilə nəticələndiyini hələ unutmamışıq!

Hamımız çox yaxşı bilirik: müstəqil Azərbaycan üçün ən vacibi sabitlikdir!

Çünki:

 

* Dövlətimizin durmadan inkişaf etməsi üçün bizə sabitlik lazımdır!

* Müstəqilliyimizin qorunub saxlanılması üçün bizə sabitlik lazımdır!

* Rifahımızın daha da yüksəlməsi, iqtisadiyyatımızın güclənməsi üçün bizə sabitlik lazımdır!

* Övladlarımızın salamat böyüyüb yaxşı təhsil alması, cəmiyyətdə özlərinə layiqli yer tutması üçün bizə sabitlik lazımdır!

* Gənclərin həyatdan nakam getməməsi, qocaların rahat yaşaması üçün bizə sabitlik lazımdır!

* Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini uğurla həll etmək, ərazi bütövlüyünə nail olmaq üçün bizə sabitlik lazımdır!

 

Bunu hər birimiz bilirik!

Odur ki, ölkə daxilindəki sabitliyi hər birimiz birlikdə hamımız qorumalıyıq!

Qoruyuruq qoruyacağıq da!

Biz keçmişdən ibrət dərsi götürdüyümüz üçün heç bir məkrli qüvvəyə, ölkədə yaşayaraq hər hansı formada məqam gözləyən ünsürlərə sabitliyi pozmaq imkanı verməyəcəyik!

Sabitliyi qoruyanların önündə Azərbaycan polisi gedir!

Vətənpərvər, peşəkar, mərd qorxmaz Azərbaycan polisi!

Biz Azərbaycan polisinin qeyrət şücaətini, igidliyini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk günlərdən görmüşük!

Düşmən qarşısına çıxan ilk igidlərimiz məhz Azərbaycan polisi oldu!

Sonadək cəsarət mərdliklə döyüşdülər!

Şəhid getdilər, amma düşmən qarşısından geri çəkilmədilər!

Təsadüfi deyil ki, ilk Milli qəhrəmanlarımız məhz Azərbaycan polisi sıralarından çıxıb!

Polis vətənin övladıdır!

Polis hər birimizin balasıdır!

Polis bizim asayişimizi, təhlükəsizliyimizi, əmin-amanlığımızı gecə-gündüz qoruyan fədakar insandır!

Polis hər an hər bir Azərbaycan vətəndaşının həyatını qorumaq üçün əli silahlı cinayətkarın üzərinə şığıyan, bu halda öz həyatı barədə düşünməyən qəhrəmandır!

Polisi sevmək azdır, onun qədrini bilməyi qorumağı da bacarmalıyıq!

İyulun 10-da Gəncədə sabitliyi qorumaq üçün xidməti vəzifələrini, daha çox vətəndaşlıq borcunu yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov şəhid olublar.

Hər ikisi əsl Azərbaycan polisi, mərd qorxmaz zabit idi!

Hər ikisi dövlətə dövlətçiliyə axıradək sadiq vətəndaş sayılırdı!

Hər ikisi gəncəlilərin hörmət məhəbbətini qazanmışdı, obyektiv, ədalətli xeyirxah insan kimi tanınırdı!

Əlləri qurusun onlara qıyanların!

Onlara əl qaldıranlara gəncəli demək olar, azərbaycanlı!

Polisə əl qaldırmaq dövlətə əl qaldırmaq deməkdir!

Canilər hökmən tapılacaq, ədalət məhkəməsi qarşısında cavab verəcəklər - buna əminik!

Amma bu iki mərd insanı bir daha geri qaytara bilməyəcəyik!

Sabitliyin pozulmasına, bir vaxtlar Gəncənin əziyyət ziyan çəkdiyi xaos anarxiyanın geri qayıtmasına isə heç zaman yol verməyəcəyik!

Çünki dövlətimiz çox güclüdür!

Çünki xalqımız sabitliyin pozulmasını istəmir!

Çünki gəncəlilər buna yol verməzlər!

 

Bu sınaq Azərbaycanı daha da gücləndirdi

 

Mənfur niyyətlər, düşmən qəsdləri heç zaman baş tutmayacaq!

Bu da bir sınaq oldu, növbəti sınaq!

Hər sınaqdan üzüağ çıxan müstəqil Azərbaycan daha da güclənir mətinləşir, düşmənlərinin isə sayı azalır azaldılır!

Allah qəhrəman polislərimizə rəhmət etsin!

Onların həyatlarını qurban verdikləri sabitlik, əmin-amanlıq inkişaf daim müstəqil Azərbaycanın yol yoldaşı olacaqdır!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2018.- 12 iyul.- S.1; 4.