“Publik
hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli
759 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, maddə 223; 2017, № 7, maddə 1343; 2018, № 1, maddə 44) 2.3-cü bəndinə “səlahiyyətlərini” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər hallarda” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyul 2018-ci il
Azərbaycan.-
2018.-13 iyul.- S.7.