“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar
Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarında və sərəncamlarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanına
uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə 246, ¹ 8, maddə 909, ¹ 10, maddə 1155, ¹ 12, maddə 1514; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027, ¹ 12, maddə 1577; 2015, ¹ 3, maddə 271, ¹ 9, maddə 1005, ¹ 12, maddə 1448; 2016, ¹ 2 (II kitab), maddə 273, ¹ 5, maddələr 859, 864, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1647, ¹ 11, maddə 1835; 2017, ¹ 3, maddə 353, ¹ 4, maddə 545, ¹ 5, maddə 807, ¹ 8, maddə 1521, ¹ 10, maddə 1797; 2018, ¹ 2, maddələr 191, 215, ¹ 3, maddə 427, ¹ 4, maddə 659) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-1-ci yarımbəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 5, maddə 539; 2017, ¹ 4, maddə 547) ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 4.2-ci və 4.3-cü bəndlərindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2097; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 139 nömrəli fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi” sözləri “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 195 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 12, maddə 1612; 2014, ¹ 9, maddə 1027, 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 8, maddə 1384, ¹ 10, maddə 1661; 2017, ¹ 8, maddə 1521) ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın 2.2.2-2.2.6-cı, 2.2.8-ci, 2.2.9-cu, 2.3.1-2.3.3-cü, 2.3.5-ci və 2.3.8-ci yarımbəndlərindən “Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyul 2018-ci il
Azərbaycan.-
2018.-13 iyul.- S.8.