“Azərbaycan
Respublikasının Nazirlər Kabineti
yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin
Əsasnaməsinin, idarənin strukturunun təsdiq
edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 456; 2010, ¹ 2, maddə 81; 2013, ¹ 1, maddə 26) 1-4-cü hissələri ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyul 2018-ci il
Azərbaycan.- 2018.-13 iyul.- S.8.