Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli
200 nömrəli fərmanı ilə təsdiq edilmiş “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 2, maddə 75; 2008, ¹ 1, maddə 8; 2015, ¹ 11, maddə 1321) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”nin 5-ci hissəsindən “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 fevral tarixli 629 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyul 2018-ci il
Azərbaycan.-
2018.-13 iyul.- S.8.