“Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 1 fevral tarixli 980-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına
əlavələr və
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2008-ci il
24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 8, maddə
713; 2009, ¹ 7, maddə 532; 2010, ¹ 9, maddə 774; 2014, ¹ 9, maddə
1049; 2015, ¹ 5, maddə 516) 5.5-ci bəndində “beşinci”
sözü “altıncı”
sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyul
2018-ci il
Azərbaycan.- 2018.-13 iyul.- S.8.