Brüsseldə
Ermənistan-Azərbaycan münaqişəsinin həlli
üzrə danışıqlar prosesi
müzakirə olunub
İyulun 11-də Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə ilk görüşü keçirilib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. Görüş 4 saata yaxın müddət ərzində davam edib. Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, görüş
əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin
həlli üzrə danışıqlar prosesi
ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd edilib. Həmçinin
danışıqlar prosesinin irəli
aparılması üçün növbəti
addımlara və həmsədrlərinin fəaliyyət
planlarına dair fikir
mübadiləsi aparılıb.
Azərbaycan.- 2018.-13 iyul.- S.2.