Zərdablı Məlikzadə Həsən bəy

 

Azərbaycan Xalq Cümhuriyyəti İli

 

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!

Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımi nəticə çıxarmaq və bir daha səhv etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!

XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...

Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyini isə məhvolmadan xilas etməsəydi!

Uzun əsrlərdən sonra qazanılan və yaşadılan, əbədiliyə çevrilən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və əzizdir!

Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu ildə təntənə ilə qeyd etdik. Şərəfli yubileyə hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif mətbu orqanlarda gedən məqalələrin kiçik bir qismini qəzetimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!

Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

Azərbaycan mətbuatının, yalnız Azərbaycan degil, çarlıq əsarəti altında qalan bütün türk dünyasının ilk qəzetəçisi Həsən bəy türklügə hizməti toxunmuş pək dəyərli zatlardan (şəxsiyyətlərdən) birisidir.

Mərhum 1842-də Bakı vilayətində vaqe Zərdab qəsəbəsində doğulmuşdur. Edadi (orta) təhsilini tamam edərək 1869-da Rusiyada ali təhsilini bitirmiş, Bakıya övdət etmişdi. İxtisası ülumi-təbiyyə və bilxassə (ağronomi) ziraət fənni idi. Bakı edadilərində (orta məktəblərində) ülumi-təbiyyə təliminə təyin olunmuşdu.

Edadiali təhsili rusca keçən Həsən Bəy yetişdigi ailənin o zamankı ənənəsinə tabeən bir miqdar islami tərbiyə aldığından türkcə oxumaqyazmaq imkanında idi.

Azərbaycan türkləri arasında milli intibah və mədəni hərəkata saiq olan (qoşulan) ilk böyük sima türk tamaşanəvisi Mirzə Fətəli Axundzadə idi. Mirzə Fətəli ənənəsinin doğurduğu 2-ci böyük şəxsiyyət Həsən Bəydir.

Həsən Bəy böyük ədibin teatroya aid əsərlərini səhnəyə vəz etmək işini ümumiləşdirmək təşəbbüsü ilə millətə hizmət meydanına girmiş, sonra qonşu erməniləri təqlid ilə cəmiyyəti-xeyriyyə təsis etmək istəmişsə də müvəffəq olamamış, nəhayət, “Əkinçi” qəzetəsinin təsisinə qərar vermişdir.

Həsən Bəy rəsmi vilayət mətbəəsində təsis edəcəgi qəzetənin təbini təmin eyləmiş, türkcə hərflər cəlbi üçün kəndisi bizzat İstanbula qədər gəlmişdi. Həsən Bəy vilayət mətbəəsində çalışan əcnəbi bir mürəttibi ərəb hərflərinin tərtibi ilə aşina edərək və kəndisi bizzat tərtib işinə yardım etmək surətilə “Əkinçi”yi çıxarmağa başlamışdır.

Bu qəzetə millət arasında elmürfan toxumlarını saçmaq etibarilə məcazən bir əkinçi olduğu kibi, naşirinin ixtisasından bilistifadə haiz olduğu mündəricat etibarı ilə həqiqətən də əkinçi idi.

Həsən Bəy nə kibi saiqələrlə (səbəblərlə) bu qəzetəyi təsis etdigi və hansı yüksək həyəcanlarla bu qədər maneələr önünə keçdigi baş məqaləmizdə təsbit edildigindən burada ondan bəhs etmiyoruz.

Həsən Bəyin Azərbaycan xalqına etdigi hizmət yalnız qəzetəçilik ilə tamam degildir. O, Bakı türklərinin milli işlərində daima fəal bir rolda bulunmuş, ömrünün son dəmlərinə qədər Bakı bələdiyyəsində əza (üzv) olmuşdur. Çar dövründə bələdiyyələr xalq idarəsinə məxsus yeganə bir müəssisə idi. Pək məhdud səlahiyyət və hüquqa malik olsalar da, bələdiyyə məclisləri bir növü məhəlli parlaman hökmündə idilər. “Bakı parlamanda mühüm bir türk mərkəzi olmasına rəğmən müsəlman əzanın miqdarı qanunən məhdud idi. Bu məhdud əzanın dəxi əksəriyyətlə rusca bilməyən və cəmiyyət işlərindən anlamayan xudayinabit Hacı və Kərbelayilərdən ibarət olduğu üçün Həsən Bəy kibi münəvvərlərin vəzifəsi pək mühüm və məsuliyyətli idi. Bu məsuliyyətli “liderlik rolunu Həsən Bəy üçün müddət icra eyləmiş Topçubaşi oğlu Əli Mərdan və Ağa oğlu Əhməd Bəylər kibi cəmaət adamları yetişəncəyə qədər Həsən Bəy Azərbaycan Türklügünü təmsil edən yeganə mücahid olmuşdur.

Bundan maəda (başqa), rusca nəşr edilən “Kaspi” qəzetəsində dəxi Azərbaycan türklərinin hüququnu müdafiəyə aid pək çox nəşriyyatda bulunmuş, 1905-dən etibarən Bakıda intişara başlayan türkcə “Həyat” qəzetəsində ziraətə aid pək mühüm məqalələr nəşr eyləmişdir. Qəzetə məqalələrindən başqa Həsən Bəyin ziraətə aid sadə bir ifadə ilə yazılmış bir çox risalələri də nəşr edilmişdir.

Həsən Bəyin Azərbaycan intibah tarixində 2-ci mühüm sima olduğunu söylədik. İlk mücahid (Mirzə Fətəli) olurkən xitab etdigi mühitin laqaydisi içində tərki-həyat eyləmiş, hətta cahil mütəəsiblərin düşmənanə təzahürlərinə belə məruz qalmışdı. Həsən Bəy ondan daha məsud çıxdı. 1907-də vüqu bulan irtihalı (köçməni), milli intibah tarixində əmsalı nadir görülən möhtəşəm bir nümayiş halını aldı. İlk qəzetəçinin tərhimi-xatiri üçün Bakıda çıxan türkcə qəzetələr məqalələr dərc eyləmiş, ilk səhifələrini qara çərçivəli matəm elanları ilə doldurmuşlardı. O günü şəhərin türk hissəsi matəmə girmiş, bazar bütün günü qapalı qalmışdır.

Hacı Qasım Bəy Camii havlusunda (ətrafında) milli alayı xatırlıyoruz. Müxtəlif cəmiyyətlər, müəssisələr və heyətlər naminə mütəəddid natiqlər söylüyor. Böyük tabuta qarşı son vəzifələrini ifa ediyorlardı. Bunlar miyanında müxtəlif qəzetələr naminə söz söyləyən üç mühərrir vardı.

Mürşid bir pir üçün bundan daha böyük müzahiriyyət olamaz. Fəqət Həsən Bəyin məzahiriyyəti yalnız bu qədərlə qalmaz, onun əziz xatirəsi, qızıl çizmələr altında çeynənən zavallı vətəndəkilərə milli ideal zövqünü yaşamaq fürsətini bəxş etdigi kibi, bizim kibi vətəncüda qəlbləri dəxi vüsalistiqlal ümid və imanı ilə doldurur!

 

Yeni Qafqasiya”, 1 mart 1926, ¹ 9

 

P.S. Məqaləni redaksiyaya professor

Şirməmməd Hüseynov təqdim edib

 

Azərbaycan.- 2018.- 13 iyul.- S.11.