Monteneqronun Prezidenti
Zati-aliləri cənab
Milo Cukanoviçə
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq əlaqələri, qarşılıqlı
maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə
uyğun olaraq bundan sonra da
inkişaf edəcək
və genişlənəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Monteneqro
xalqına daim sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 iyul 2018-ci il.
Azərbaycan.- 2018.-13 iyul.-
S.2.