“Azərbaycan Respublikasının
Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 10 avqust tarixli
1345 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 avqust tarixli 1345 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 923; 2016, № 8, maddə 1384, № 9, maddə 1518) 1-ci hissəsi ilə yaradılmış komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın
həmsədri
Azərbaycan Respublikasının
energetika naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası
mədəniyyət nazirinin
müavini
Azərbaycan Respublikası
ədliyyə nazirinin
müavini
Azərbaycan Respublikası
nəqliyyat, rabitə
və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası
ekologiya və təbii sərvətlər
nazirinin müavini
Azərbaycan Respublikası
kənd təsərrüfatı
nazirinin müavini
Azərbaycan Respublikası
təhsil nazirinin müavini
Azərbaycan Respublikası
səhiyyə nazirinin
müavini
Azərbaycan Respublikası
gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
müavini
Azərbaycan Respublikası
Mərkəzi Bankı
sədrinin müavini
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığında fövqəladə
və səlahiyyətli
səfiri.”.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
tərəfinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 iyul 2018-ci il
Azərbaycan.- 2018.-14 iyul.-
S.2.